Saakaşvili: “Həbsxanadan səsinizi eşidirəm!”

Saakaşvili: “Həbsxanadan səsinizi eşidirəm!”
 

Paralel.az xəbər verir ki, hazırda həbsdə olan M.Saakaşvili bayırda olan etirazçılara səslənib: “Həbsxanada səsinizi eşidirəm!”. Xəbərə görə, millət vəkili Xatia Dekanoidze Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini cəzaçəkmə müəssisəsində ziyarət edib. Qeyd edək ki, Saakaşvili Tbilisinin yataqxana rayonlarından birində saxlanılıb. Onun yerli seçkilər ərəfəsində sərhədi qanunsuz keçərək Ukraynadan Gürcüstana gəldiyi bildirilib. Hazırda isə həbsxananın yaxınlığında Saakaşviliyə dəstək aksiyası keçirilir. Eks-prezidentlə görüşdən sonra Dekanoidze onun məktubunu jurnalistlərə oxuyub: “Sağ olun, qardaşlarım! Həbsxanada sizin səsinizi eşidirəm və bu mənim döyüşmək istəyimi on qat artırır. Gəlin qələbəyə gedək!”. Millət vəkili deyib ki, dostu, üçüncü

prezidentlə görüşmək imkanı olub: “O, saxlanılandan sonra altıncı gündür aclıq aksiyasına davam edir, həbsdədir. Onun üçün Gürcüstana qayıtmağın böyük əhəmiyyəti var, onun üçün Gürcüstan vətəndaşlarının gələcəyi üçün mübarizə aparması vacibdir. Buna görə də döyüşə hazırlaşır”. Xəbərə görə, qanunsuz olaraq Gürcüstana gələn Saakaşvili vəzifədən sui-istifadə etməkdə ittiham olunur. Tezliklə ona dövlət sərhədini qanunsuz keçməklə bağlı başqa bir ittihamın da irəli sürüləcəyi söylənilir. Gürcüstan Prokurorluğu bəyan edir ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsinə baxılmır və o, cəzasını evdə keçirməli olacaq. Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə görə, Saakaşvili və komandası iğtişaşlara səbəb olmaq və ölkə hakimiyyətini günahlandırmaq üçün gürcü müxalifətçilərinin öldürülməsini planlaşdırıblar.

Nigar

0.024670839309692