Rusiya-Ermənistan münasibətlərinin siyasi-iqtisadi, humanitar tərəfləri...
Paralel.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistan Milli Məclisinin sədri Alen Simonyanla görüşüb. Tərəflər bölgədə münaqişədən sonrakı təhlükəsizlik və yenidənqurma məsələlərindən bəhs ediblər. Görüşdə siyasi-iqtisadi və humanitar sahələrdə Rusiya-Ermənistan münasibətləri, beynəlxalq təşkilatlar vasitəsilə qarşılıqlı əlaqələr, ATƏT-in Minsk Qrupunun fəaliyyəti müzakirə edilib. Xəbərə görə, görüş Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xas olan konfidensial və konstruktiv mühitdə keçib.
Nigar