Kosmosda yatmaq mümkün deyil
Paralel.az xəbər verir ki, kosmosda yatmağın mümkün olmamasının səbəbləri mütəxəssisin dilindən izah edilib. Bunun səbəbi də ordakı avadanlıqların səs-küyü, daim yanan işıqlar və s-dir. Bu barədə üç dəfə kosmosa uçan 1-ci dərəcəli təlimatçı-kosmonavt Oleq Kotov söyləyib: “Kosmosda yatmaq çox narahatdır. İnsan adətən, yataqda əlini yastığın altında, kürəyində və ya yanlarında yatmağa öyrəşib. Amma kosmosda elə deyil. Gün ərzində çox yorğun olsan da, orda yuxuya getmək hələ də çətindir. Bundan başqa, kosmonavtların gecələdiyi yuxu çantalarının içərisində hava konveksiyası yoxdur, bu da onu havasız edir. Yerdəki kimi yorğanı geri atmaq da mümkün deyil, nəticədə bütünlüklə yapışqanın, tərin
içində olursan. Yalnız birtəhər sərinləmək üçün əllərini və ayaqlarını xüsusi ciblərdən çıxarmalısan”. Xəbərə görə, oktyabrın 5-də “Çağırış” bədii filminin çəkiliş qrupu - aktrisa Yuliya Peresild və rejissor Klim Şipenko Baykonur kosmodromundan Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək. Peşəkar kosmonavt Anton Şkaplerov onları Soyuz MS-19 kosmik gəmisində orbital stansiyaya aparacaq. İndi stansiyada daha iki rus kosmonavtı işləyir - Pyotr Dubrov və Oleq Novitski. Sonuncu çəkiliş qrupunun 17 oktyabrda Yerə qayıtmasına kömək edəcək.
Nigar