Litvanın baş naziri: “Hər kəs ümid edir ki, Minsk Qrupu həmsədrlərinin himayəsi altında münaqişənin siyasi həllinə qayıda biləcəyik”

Litvanın baş naziri: “Hər kəs ümid edir ki, Minsk Qrupu həmsədrlərinin himayəsi altında münaqişənin siyasi həllinə qayıda biləcəyik”
 

Paralel.az xəbər verir ki, Litvanın baş naziri İnqrida Simonyte “ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə qayıtmağın mümkün olacağına ümid etdiyini” bildirib. Baş nazir bunu Nikol Paşinyanla görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib: “Biz də daxil olmaqla, hər kəs ümid edir ki, Minsk Qrupu həmsədrlərinin himayəsi altında münaqişənin siyasi həllinə qayıda biləcəyik. AB-də bölgədə təhlükəsizlik və sülh haqqında səmimi düşünən bir sıra siyasi liderlər var. Buna görə də əminəm ki, AB bu məsələyə kifayət qədər diqqət yetirəcək və praktiki məsləhət, həll yolları ilə münaqişənin praktiki həllinə kömək edəcək".

Nigar

0.014848947525024