Serj Sarkisyan: “İran hərbi təlimlərdən başqa, heç nə etməyəcək, hərbi təlimlər isə normal bir prosesdir”
Paralel.az xəbər verir ki, prezident Serj Sarkisyan İranın Ermənistan ərazisinə qoşun yeridilməsi ilə bağlı heç bir rəsmi açıqlama eşitmədiyini söyləyib. Bunu o, Ermənistan-Azərbaycan sərhədi yaxınlığında keçirilən irimiqyaslı təlimlər fonunda İranın qoşunlarını Ermənistan ərazisinə daxil etməyin mümkün olub-olmadığı sualını cavablandırarkən deyib: “Bəli, mən bəzi qeydlər gördüm, amma rəsmi açıqlamalar yoxdur. İran İslam Respublikası rəhbərliyinin belə bir açıqlama verəcəyinə şübhə edirəm, çünki bu, qəbuledilməzdir. Ermənistan hakimiyyətinin dəvəti olmadan, bu, sadəcə, mümkün deyil. İranın mövcud vəziyyətdən narahat olması birmənalı deyil. Onların buna haqqı var, çünki Ermənistan
İranı xarici dünya ilə bağlayan azsaylı ölkələrdən biridir. İran isə Ermənistanda sabitliyin olmasında, milli qüvvələrin hökmranlıq etməsində maraqlıdır. Düşünmürəm ki, hərbi təlimlərdən başqa, hansısa bir şey olacaq. Hərbi təlimlər isə normal bir prosesdir”.
Nigar