Erməni mətbuatı: “Diplomat Lilit Makunts Azərbaycan əleyhinə addımların sərtləşdirilməsinə heç bir töhfə vermir”
Paralel.az xəbər verir ki, erməni mətbuatı diplomat Lilit Makuntsun Azərbaycan əleyhinə addımları sürətləndirilməsinə və sərtləşməsinə töhfə verməli olduğunu yazıb. Mətbuat lakin onun tərəfindən heç bir şey edilmədiyini vurğulayıb: “İndiki hökumət mütəmadi olaraq öz alçaqlıqlarına və milli xəyanətlərinə dair nümunələr təqdim edir. Müharibədəki böyük insan və ərazi itkiləri dayandırılmadı, ölən qəhrəmanların sayı da daxil olmaqla, həqiqət insanlardan gizlədildi və nəticədə düşmənə təslim olduq. Məğlubiyyəti isə əvvəlki səlahiyyətlilərdə, Rusiyanın xəyanətində və dünyanın aparıcı
dövlətlərinin dəstəyində göstərməyə çalışırlar. Ölkənin və vətəndaşlarının indiki halına görə məsuliyyət onun üzərindədir. O, Nikol Paşinyanı baş nazir postundan getməyə məcbur etməli idi, amma etmədi. Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinə Azərbaycan nəzarət edir, onlar Sev Liç ərazisini tərk etmir və Verin Şorja kəndində yerləşirlər. Bunlar hakimiyyətin xəyanətkar siyasətinin nəticəsidir. Makuntsun diplomatiya haqqında heç bir təsəvvürü yoxdur. Onun siyasətdə və mədəniyyətdə heç bir təcrübəsi olmasa da, “Mənim addımım” fraksiyasının rəhbəri və mədəniyyət naziri təyin edilib. Çünki o, sadiq, itaətkar və Nikolun əmr etdiyi hər şeyi etməyə hazırdır. Makunts polisdən gənc amerikalı daşnakların səfirlik qarşısında təşkil etdikləri mitinqi dağıtmağı tələb etdi. Daşnaklar Lilit Makuntsun yerinə ABŞ-a səlahiyyətli bir səfir təyin etməyi tələb edən plakatlarla Artsax bayraqlarını qaldırdılar. Makunts Azərbaycana qarşı addımların sürətləndirilməsinə və
sərtləşməsinə töhfə verməli olsa da, heç bir şey etmədi. Ancaq dost İranın yardımını görürük. Onun hərbi, siyasi və mənəvi rəhbərliyi artıq Ermənistana dəstək olaraq bir sıra sərt bəyanatlar verib. İran genişmiqyaslı hərbi təlimlər keçirir və açıq şəkildə Bakı və Ankarada xəyal edilən “Zəngəzur dəhlizi” layihəsinin həyata keçirilməsinin mümkün olmadığını göstərir. Bu fonda, öz hökumətimiz tərəfindən mütəmadi olaraq xəyanət nümunələri görürük. Onun planlarını bilə-bilə, düşmənlə danışıqlar aparmağa hazırdır. Bizi inandırmağa çalışır ki, belə bir uzlaşma Ermənistanın əlindədir. O, mümkün olan hər bir şəkildə Artsaxın qisasını almaqdan və onu qorumaqdan imtina edir. Ən təəssüf doğuranı isə hamımızı günahlandırmaq üçün yalnız özümüzə ehtiyacımızın olmasıdır. Hakimiyyətdə satqınlara dözən bizik”.
Nigar