Azərbaycan XİN İrana cavab verdi

Azərbaycan XİN İrana cavab verdi
 

Paralel.az xəbər verir ki,  Azərbaycan Xarici İşlər Nazirliyi İrana İslam Respublikası rəsmilərinin təhdid dolu bəyanatlarına cavabında deyir: “Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi. O zaman da bəyan etmişdik, indi də təkrar edirik ki, bu kimi iddiaların heç bir əsası yoxdur və bu günədək Azərbaycan tərəfinə bu xüsusda heç bir dəlil təqdim edilməyib.

Beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı Azərbaycanın hər zaman rəhbər tutduğu fundamental prinsiplərdən biridir. Məlumdur ki, məhz Azərbaycan, ərazilərinin bir hissəsinin hərbi işğalından və beynəlxalq sərhədlərinin pozulmasından onilliklər ərzində əziyyət çəkib. O cümlədən, bizim İran ilə sərhədimizin 130 km. dən çox hissəsi uzun illər ərzində Ermənistanın işğalı altında olub. Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitməmişik".
Akif Nəsirli

0.020693063735962