İran təhdidlərin dezinformasiyalarla əsaslandırmağa çalışır
Paralel.az xəbər verir ki, Teleqram kanallarında yayılan məlumata görə, guya ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Eliot Engel idda edir ki, İsrail İranın nüvə obyektlərini hədəfə almaq üçün Azərbaycan ərazisindən istifadə etməyi planlaşdırdığına və Azərbaycanın da bunu qəbul etdiyinə dair raport var.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azerbaycan ərazilərində, o cümlədən sularında İsrail dövlətinə məxsus heç bir hərbi obyekt mövcud deyil və gələcəkdə də belə bir obyektin qurulması üçün heç bir razılaşma və ya müqavilə ortada yoxdur
Siyasi ekspertlərin fikrincə bu son günlər İran tərəfinin Azərbaycana yönəlik təhdid dolu bəyanatlarını əsaslandörmaq məqsədi ilə dövriyyəyə buraxılmış dezinformasiyadan başqa bir şey deyil.
Görünür rəsmi Tehran təhdid dolu bəyanatlarını rəsmi sənədlərlə əsaslandıra bilmədiyindən öz arzusuna uyğun dezinformasiya uydurmaq qərarına gəlib.
Akif Nəsirli