Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

NİZAMİ GƏNCƏVİ HAKİMİYYƏTİ VƏ DÖVLƏT BAŞÇISINI TANIDIR

- hakimiyyət Allahın böyük nemətidir;
- hakimiyyət mülkiyyət deyil, əmanətdir;
- hakimiyyətə mülkiyyət kimi baxsan – mənimdir desən, o, səni idarə edər, zülm vasitəsinə çevrilər, həlak olarsan;
- hakimiyyətə əmanət kimi baxsan – Allah onu sənə əmanət kimi verdi, onu idarə edərsən, xeyri çoxaltmaq vasitəsinə çevirərsən;
- hakimiyyət nemətinin şükrü üçdür: ƏDALƏT, MƏRHƏMƏT, İNSANA XİDMƏT;
- hər nemət kimi bu nemətin də hesabı var;
- hakimiyyət imtahan vasitəsidir;
- hər nemət kimi hakimiyyətin də iki yönü var: xeyrə də, şərə də vəsilə ola bilər;
- hakimiyyətə mülkiyyət kimi baxsan, şərə, əmanət kimi baxsan, xeyrə yol açacaq;
- hakimiyyətin cazibəsi, azdırıcı gücü çoxdur;
- onun afətindən qorunmaq üçün dövlət başçısının davamlı nəfs tərbiyəsinə ehtiyacı var;
- aşiqlik, ariflik şahlıqdan üstündür;
- qəlbinə hakim olan dünyaya hakim olar;
- nəfsini tərbiyə etməmiş insan şah olsa, ölkəni fəlakətə sürükləyər;
- dövlət başçısı xalqla arasına qılıncı deyil, ədaləti qoymalıdır;
- ədalət olmayan ölkə gorxanadır – qəbirdir;
- dövlət başçısı gözütox adamdır;
- ağıllıdır;
- güclüdür;
- Allaha inanır, Onu unutmaz;
- iradəlidir;
- səbirlidir;
- siyasət və diplomatiyanı bilir;
- cəsurdur;
- ölkəsini qoruyur;
- xəzinəsi insanlara xidmət edir;
- qayğıkeşdir;
- vergiləri azaldır;
- nemətlər verir;
- yaxşılıq edir, əvəz istəmir, minnət qoymur;
- döyüşkəndir;
- insanların rifahı üçün çalışır;
- işi iş bilənlərə verir;
- saleh əməlləri ilə ölkəsini cənnətə çevirir;
- məsələləri alimlərlə məsləhətləşərək həll edir;
- düyünləri açır, sıxıntıları həll edir;
- ədaləti ilə ölmüş qəlbləri dirildir;
- xeyir işin arxasınca gedir;
- zamanın dəyərini bilir;
- fatehdir, ədalət və mərhəməti ilə könülləri, ölkələri fəth edir;
- mərhəmətlidir, bağışlamağı çox sevir;
- ölkəsini barışa, hüzura qovuşdurur;
- o dərəcədə səxavətlidir ki, istəməyənə də verir;
- xalq necə yaşayırsa, o da elə yaşayır;
- dərdi olanı dinləyir, dərdlərə dərman olur;
- yetimləri, dulları, qocaları, yoxsulları qoruyur;
- həddini bilir;
- alimdir, elmə, alimə dəyər verir;
- məzlumların göz yaşını silir;
- hərb elmini öyrənmişdir;
- verdiyi sözü yerinə yetirir;
- Allaha çox dua edir;
- insanları qorxutmur, onlara ümid verir, sevindirir;

NİZAMİ ƏDALƏTLİ, MƏRHƏMƏTLİ, İNSANA XİDMƏT EDƏN DÖVLƏT BAŞÇISINA DUA EDİR: ALLAH SƏNƏ ƏDALƏTİ, MƏRHƏMƏTİ, İNSANA XİDMƏTİ SEVDİRSİN!

Paralel.az

0.15846514701843