Ermənistan çoxuşaqlılığı stimullaşdırır

Ermənistan çoxuşaqlılığı stimullaşdırır
 

Bəs Azərbaycanda haçan kşaqpulu veriləcək?

Artıq neçə illərdir ki, neft ölkəsi olan, 40-50 milyard dollar valyuta ehtiyatına malik Azərbaycanda uşaqpulunun verilməsi müzakirə edilir. Lakin hökumət və parlament daş atıb başın tutur ki, ölkədə uşaq çoxdu, uşaqpulu verməyə hökumətin gücü çatmır. Bir qrup muxalifətçi isə uşaqpulunu Azərbaycan vətəndaşlarına yaraşdırmır. Deyirlər, vətəndaşımız o qədər varlı olmalıdır(?) ki, o, uşaqpuluna möhtac qalmamalıdır. O üzdən də vətəndaşa uşaqpulu verib, onu ələbaxan öyrətmək olmaz. Buyurun, bu da bizim müxalifətin məntiqi... Belədə isə neft səltənətinin məzlum uşaqları məktəb çantası və ləvazimatı, paş-paltar almağa pul tapmır. Bu səbəbdən hər il minlərlə uşaq Azərbaycanda məktəbə gedə bilmir.

Bütün bunlar bir yapna, necə olur ki, beynəlxalq təşkilatların, böyüe dövlətlərin və diasporun inanələri hesabına dolanan Ermənistan uşaqpulu verməklə yanaşı, həm də çoxuşaqlılığı stimullaşdırmaq üçün əlavə tədbirlər görür?

Paralel.az xəbər verir ki, Ermənistanda üç və daha çox uşağın hər biri üçün ailələr əlavə olaraq 100 dollar müavinət alacaqlar.

"Sputnik Armenia" agentliyinin məlumatına görə, yardım 1 yanvar 2022-ci ildən etibarən dünyaya gələcək uşaqlara bu müavinət 6 yaşınadək veriləcək. Bundan başqa yeni dünyaya gəlmiş uşaq üçün veriləcək birdəfəlik ödənişlər də qüvvədə olacaq. Belə ki, ilk iki uşağa görə, 600 dollara yaxın, ikinci və üçüncü uşağa görə 2000 dollar, 5-ci və daha çox uşağa görə isə birdəfəlik 3000 dollar ödəniləcək.

Bununla yanaşı, Ermənistanda artıq üç uşaqlı ailələr çoxuşaqlı sayılır və onların bir sıra gücəştləri var.

Akif Nəsirli

0.020184993743896