Erməni deputat rəsmi hakimiyyəti məsuliyyətsizlikdə suçlayır
Paralel.az xəbər verir ki, erməni deputatı, təhlükəsizlik məsələləri üzrə ekspert Tiqran Abramyan “İranın Azərbaycana bitişik ərazilərdə və Artsaxda keçirdiyi genişmiqyaslı hərbi təlimlər, Azərbaycan, Türkiyə və İsrail tərəfinin görünən və görünməyən addımları, kəskin ritorikalar mövcud regional yenidənqurma kursunun yeni bir regional partlayışa səbəb ola biləcəyini göstərir” deyə, açıqlama verib: “Bütün bunlar Ermənistan sərhədlərinə yaxın ərazidədir. Ən pis ssenari isə onun bizim ərazimizdə olmasının mümkünlüyüdür. Bəs Ermənistan hökuməti indiki şəraitdə nə edir? O, müharibə məsuliyyətini fərqli insanlara həvalə etməklə məşğuldur. Türkiyə ilə mənasız bir “bal ayı” axtarır və təbii ki, Azərbaycanla qardaşlığı təbliğ edir”.
Nigar