Putin və Ərdoğan Suriya ilə bağlı razılaşmalara sadiq olduqlarını bir daha təsdiqlədilər

Putin və Ərdoğan Suriya ilə bağlı razılaşmalara sadiq olduqlarını bir daha təsdiqlədilər
 

Peskov: "Putin və Ərdoğan İdlibdəki vəziyyətlə bağlı əldə olunan razılaşmaları təsdiqlədi"

Paralel.az xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriya müqaviləsinə bağlı olduqlarını bir daha təsdiqlədilər. TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki,  iyunun 29-da Soçidə keçirilən danışıqlarda iki lider İdlibdə terrorla mübarizəni davam etdirmək barədə razılığa gəliblər. Peskov Suriya əyalətindəki ekstremistlərin "təhlükə yarada və Suriya ordusuna qarşı təcavüzkar hücumlar həyata keçirə biləcəyini" vurğuladı.
Akif Nəsirli

0.019654035568237