Deportasiya olunan xarici vətəndaş aeroportda polisdən qaçıb
Paralel.az xəbər verir ki, bu gün Moskvanın Vnukovo hava limanı ərazisində insident yaşanıb. Xəbərə görə, Ermənistana deportasiya olunmaq üçün iki xarici vətəndaş hava limanına gətirilib: “Terminaldan keçərkən onlardan biri, əvvəllər təkrar cinayət törətmiş 50 yaşlı şəxs qəflətən “Skoda” avtomobilinə atılıb, maşının sürücüsü isə zərər görməmək üçün dərhal yerə yıxılıb. Polis nəzarətindən qaçan şəxs qanunsuz hərəkətlərin qarşısını almağa çalışan bir polis məmurunu neçə metr süründürsə də, dayanma tələblərinə reaksiya verməyib. Yaranan fövqəladə vəziyyətdən sonra qaçaq və onun ortağının axtarılması üçün müvafiq plan tətbiq edilib. İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, hüquq-mühafizə orqanının əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib. Bu faktla əlaqədar səlahiyyətli nümayəndəyə qarşı zor tətbiqetmə maddəsi ilə cinayət işi başlanıb.
Nigar