Deputat prezidenti mədh edir
Paralel.az xəbər verir ki, Rusiya Dövlət Dumasının üzvü Elena Panina “siyasətçi-şoumenləri”n işğalının Qərbdə demokratiya böhranını daha da ağırlaşdırdığını söyləyib. O deyib ki, fəqət belə bir anlayış Rusiyaya yaddır, Rusiya cəmiyyətinin güclü liderə tələbatı var: “Bu gün görürük ki, Qərb ölkələrindəki hakimiyyət ictimai siyasətçilərdən qeyri-ictimai strukturlara - böyük biznesə və qapalı ekspert korporasiyalarına yönəlir. Bu vəziyyət demokratiyanın mahiyyətini korlayır və onu mənasız bir oyun proseduruna çevirir. Kifayət qədər təcrübəyə malik olmayanlar və əslində, yalnız şoumen olanlar ciddi bir problem yaradıb. Bu amil Qərbdə demokratiya böhranını daha da şiddətləndirir. Rusiya üçün isə anonim hakimiyyət anlayışı yad və
qəbuledilməzdir. Cəmiyyətimizdə siyasi qərarlar üçün məsuliyyət daşımağa hazır olan güclü bir liderə tələbat var. Bu səbəbdən, Vladimir Putinin ölkəmizdəki kütləvi dəstəyi bu qədər sabit və güclüdür”.
Nigar