Erməni şərqşünas İran-Azərbaycan münasibətlərindən ölkəsi üçün mənfəət gözləyir
Paralel.az xəbər verir ki, şərqşünas Artyom Tonoyan İranla Azərbaycan arasındakı münasibətlərin kəskinləşməsini Gorus-Qafan yolunda iranlı sürücülərin sıxışdırılması ilə xarakterizə edib: “Tehran üçün Azərbaycanın bu cür hərəkətləri gözlənilməz oldu. Daha təəccüblüsü isə saxlanılan iranlı sürücülərin məsələsinin tez həll edilməməsi idi. Bu vəziyyət İranla Azərbaycan arasında danışıqlar yolu ilə birbaşa həll olunmur”. Tonoyana görə, İran təzyiqini artıracaq. O deyib ki, Azərbaycanla sərhəddə elan olunmamış təlimlər dayanmır, Tehran yeni qüvvələr yerləşdirir: “Gərginlik artacaq. İranın müxtəlif ekspertləri, dövlət qurumlarının nümayəndələri əvvəlcə təhlilin zəruriliyindən - Tehranın
harada səhv etdiyindən, Bakının özünə belə ağılsız davranışa yol verdiyindən danışırdılar. Söhbət Bakını necə cəzalandırmaqdan gedir. Hərbi əməliyyatın mümkünlüyü əlbəttə ki, azdır. Amma unutmamalıyıq ki, Azərbaycandan Naxçıvana quru yolu İrandan keçir və bunun məqbul alternativi yoxdur. Azərbaycana başqa təsir mexanizmi Ermənistanla münasibətlərin dərinləşməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsidir. Bu, heç bir əməkdaşlığın olmadığı və ya səsləndirilmədiyi sahələrdə mümkündür. Məsələn, hərbi sahədə əməkdaşlıq erməni tərəfi üçün arzuolunan olardı. Biz bu fürsətdən istifadə etməliyik”.
Nigar