Minsk Qrupu ermənilərə status ala bilərmi?

Minsk Qrupu ermənilərə status ala bilərmi?
 

Zərdüşt Əlizadə: "Ermənilər Qarabağda yaşayır, rus ordusu oranı nəzarətə alıb, ən nəhayət, Ermənistan iddasından əl çəkməyib, amma indiki şəraitdə münaqişənin Azərbaycanın xeyirinə tənzimlənməsi üçün daha geniş imkanlar yaranıb"

Məlum olduğu kimi bir neçə gün əvvəl BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

Paralel.az XİN-in Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Uzun müddət Azərbaycan cəmiyyətinin siyasi kəsimində belə bir yekdil rəy formalaşıb ki, artıq Azərbaycanla Ermənistan arasındakı konfliktin tənzimlənmədə Minsk Qrupunun vasitəçiliyinə ehtiyac yoxdur. Prezident İlham Əliyev də bunu dəfələrlə dilə gətirdi. Amma son günlər bəlli oldu ki, Minsk Qrupunun həmsədriləri artıq Bakıya və İravana səfərə hazırlaşır. Cəmiyyət üçün maraqlıdır, Minsk Qrupunun hər üç həmsədri Qarabağa status verilməsinə çağırdığı halda, bu missiya Azərbaycandan Qarabağa status ala bilərmi?

Sualı politoloq Zərdüşt Əlizadəyə ünvanladıq. Politoloq bu xüsusda danışarkən bildirdi ki, biz nə qədər inkar etsək də, hələ münaqişə tam həllini tapmayıb: "Ermənilər Qarabağda yaşayır, rus ordusu oranı nəzarətə alıb, ən nəhayət, Ermənistan iddasından əl çəkməyib, amma indiki şəraitdə münaqişənin Azərbaycanın xeyirinə tənzimlənməsi üçün daha geniş imkanlar yaranıb. Minsk Qrupu bölgəyə xüsusi tapşırıqlarla gələcək. Azərbaycan da yaranmış vəziyyətdən istifadə edərək münaqişənin onun xeyirinə tənzimlənməsini sürətləndirəcək. Mənə elə gəlir ki, burada heç bir təzlükə yoxdur. Sadəcə, Fransa və Amerika bununla bölgədə təsir imkanlarını itirmək istəmirlər, münaqişənin tənzimlənməsində iştrak etmək üçün israr edirlər. Azərbaycan da onların onların bu fürsətdən istifadə etməsinə manie olmur. Artıq hansısa Madrid prinsipləri, referendum, öz müqəddəratını təyinetmə və s. kimi prinsipləri geridə qaldı. Lakin erməni əhalisinin Azərbaycanın tərkibində təhlükəsiz və öz erməniliklərini qorumaqla yaşaması məsələsi müzakirə edilə bilər".

Akif Nəsirli

0.020591974258423