Siracəddin Hacı yazır...
NİZAMİ GƏNCƏVİ “Sirlər xəzinəsi” dastanında DÜNYANI bu ölçülərlə tanıdır:
- dünya yaradılmışdır, onu Allah yaratmışdır;
- axirətin qazanıldığı yer bu dünyadır;
- dünya fanidir, ölümlüdür;
- insan bu dünyada aman verilmiş yolçudur;
- bu dünyada axirət mərkəzli bir ömür yaşa;
- ilahi ölçüləri pozma;
- dünyadakı hər şey əmanətdir;
- heç bir şeyə mülkiyyət gözü ilə baxma;
- mənimdir dediyin heç bir şey sənin deyil;
- hər nemətin hesabı var;
- hər an ilahi nəzarətdəsən;
- bu dünyada əbədi deyilsən, qonaqsan, ölümlü varlıqsan;
- ölümü, yenidən dirilişi, hesabı, cənnət və cəhənnəmi unutma;
- ikidünyalı ol, bu dünyanı axirətdən ayırma;
- axirət dünyanın ruhudur;
- insan bu dünyada dörd məqsədi gerçəkləşdirmək üçün var: Allaha itaət, yer üzünün xəlifəsi olmaq, imtahan olunmaq və dua etmək;
- hər günah bir yükdür, günah yükü ilə axirətə getmə;
- günahın varsa, tövbə et;
- bu dünyadan axirətə aparacağın iki şey olsun: iman və saleh əməllər;
- dünya nemətlərinə aldanma, dünya malı səni deyil, sən onları idarə et, sərvətin atı olma, sərvət atın olsun;
- bu dünya oyun-əyləncə yeri deyil;
- dünyanı məğlub etsən, göy üzünün ən uca qatında fələk sənin bayram xütbəni oxuyacaq;
- sən insansan, mələklərdən üstünsən;
- ağıllı, iradəli, vicdanlı varlıqsan;
- öz içindəki xəzinəni kəşf et;
- Allah səni çox sevir, ey insan, O, bu dünyanı və axirəti sənin üçün yaratmışdır, O, sənə güvənir, Onun güvənini boşa çıxartma;
- mənan cismindən çox böyükdür;
- sən axirətə aidsən, əbədi yerin oradır;
- axirət mərkəzli bir həyat yaşa;