Xalqın Prezidentə dəstəyi həlledici amildir

Xalqın Prezidentə dəstəyi həlledici amildir
 

İ.Əliyev İran Rusiyanın yanlışlarını mətbuata açıqladı

 Tapdıq ABBAS
Baş redaktor,
Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
t.abbas1952@list.ru

 Heç kim Azərbaycanın xarici düşmən tərəfindən çarpaz hücuma qaldığını inkar edə bilməz. Bir il əvvəl, 28 il düşmən işğalı altında qalmış torpaqları azad etmək üçün döyüşə atılan qəhrəman ordumuzun vətən müharibəsində qazandığı böyük zəfərdən sonra,  Azərbaycanın xarici düşmən dövlətlərinin hədəfinə çevrildiyini seyr etməkdəyik. Sözdə özlərini ölkəmizə dost, əməldə isə Ermənistana hər cür dəstək verməklə ölkəmizə qarşı açıq düşmənçilikdən çəkinməyən Rusiya İran başda olmaqla, dünyanın iri dövlətləri Fransa, ABŞ digər ermənipərəst dövlətlər Azərbaycanın haqq işinə hələ qara pərdə altından baxaraq, bizə düşmən olan erməni lobbisinin dəstəklədiyi Ermənistana yardım edirlər.

Xarici ermənipərəst türk düşmənlərinin qardaş Türkiyə ilə Azərbaycanın xarici təhdidə qarşı eyni cəbhədə birləşməsi, düşmənləri qorxuya salması çox aydın sezilir. Türkiyə - Azərbaycan prezidentlərinə edilən çoxvektorlu xarici daxili hücumlar erməniləri çox istəmələrindən deyil, yalnız düşmənlərin TURAN türk dövlətlər birliyinin yaranmasından yana keçirdikləri qorxu təşvişdəndir.

Ölkə prezidentinin xarici daxili düşmənlərə qarşı həyata keçirdiyi siyasət olduqca dəqiq hesablanmış hədəflərə yönəlib.

Hazırda Azərbaycanda bütün sahələrdə mövcud olan siyasi, iqtisadi nöqsan, qüsur, hətta cinayətlərin xarici düşmən dövlətlərinin onların idarə etdiyi daxili düşmən qüvvələrinin fəaliyyətlərinin məhsulu olduğunu hər kəs yaxşı başa düşməli ölkəmizdə xalqla hakimiyyətin birliyinə xələl gətirən hərəkətlərdən çəkinməlidir.

Bu səbəbdən, ölkəmizin daxilində müstəqilliyimizin inkişafımızın əleyhinə yönəlmiş, hakimiyyətdə, müxalifətdə digər alanlarda olan xarici düşmənlərə xidmət edən qara əllərə qarşı ciddi mübarizə aparmalıyıq.

Ölkə hakimiyyətində, müxalifət düşərgəsində, eləcə mediada hər bir sahədə Rusiyanın, İranın, ABŞ Qərbin maraqlarına xidmət edən qüvvələrin azlıq təşkil etmədikləri danılması mümkün olmayan reallıqdır.

Xüsusən, Rusiya İran dövlətlərinin ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkə üzvlərinin hakimiyyətin bütün qollarında təsir gücünə malik olduğunu hər birimiz yaxşı bilirik, lakin bilgimizə əsasən bu ünsürlərə qarşı ümumxalq mübarizəsi hələ təşkil olunmayıb.

Xarici düşmənlərlə hazırkı diplomatik mübarizədə, xalqın dövlətin ən qatı daxili düşməni olan rüşvətxorlara korrupsionerlərə qarşı gedən döyüşdə ölkə prezidenti tək döyüşür. Xalqın bu mübarizəyə qoşulmaması, rüşvətxor, korrupsionerlərin onların həyatını zülmə düçar edən faciələrə durub kənardan tamaşa etməsi, ölkə prezidentinin apardığı mübarizənin uğuruna da mənfi təsir göstərir.

Ölkə prezidentinin xarici daxili mediaya verdiyi müsahibələrdə düşmən dövlətlərin, xüsusən İranın, Rusiyanın, Fransanın digərlərinin Ermənistanın cinayətlərini himayə etdikləri düşmənçilk hərəkətlərinin üzərinə getməsi, bəzi hallarda hücüm diplomatiyasına üstünlük verməsi olduqca təqdirəlayiqdir.

Hər kəs dərk etməlidir ki, Azərbaycanda xalqın həyatını zülmə düçar edən mövcud problemlərin kökündə xalqın dövlətə inamını sarsıtmaqla məşğul olan, hakimiyyətin qollarına soxuşdurulmuş rüşvətxor korrupsiya çetesini təşkil edən çoxsaylı xarici düşmən dövlətlərinin xüsusi xidmət orqanlarının agentlərinin fəaliyyətinin nəticəsidir.

Bir sözlə, Xalqın taleyini müəyyən etmək onun öz əlindədir. Xalq onu hakimiyyətin idarə olunmasından kənarlaşdırmış xarici dövlətlərin agentlərini hakimiyyətdən təmizləmək üçün ölkə prezidentinə kömək etmədikcə, ölkədəki ağır durun hökm sürəcəkdir...

0.021566867828369