Pensiyaçılar Allahın ümidində

Pensiyaçılar Allahın ümidində
 
Azərbaycanda sosial müdafiə ancaq varlılara xidmət edir
 
Paralel.az Rusiya mediasına istinadən xəbər verir ki, prezident V. Putin avqust ayında vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atıb. Yeni dərs ilinin başlanmasına yaxın məktəbyaşlı uşaqları olan hər bir ailəyə 10 min rubl (təxminən 220 manat) maddi yardım verilb. Ayın sonunda isə bütün pensiyaçılara 10 min, hərbi qulluqçulara isə 15 min rubl birdəfəlik yardım olunub. O həmçinin, Lelinqradın (Sank-peterbyrq) mühasirəsində olan və onun müdafiəsinə görə təltif olunanların hamısına birdəfəlik yardım kimi 50 min rubl ödənilməsi barədə qərar verib.
Bu baxımdan, Azərbaycan dövlət idarəçiliyinin ən zəif həlqəsi, vətəndaşların sosial müdafiəsidir. Bu sahədə çox böyük boşluqlar olsa da, onların həlli üçün heç bir iş görülmür. Buna görə də, insanların sosial müdafiəsi baxımından Azərbaycan heç MDB məkanı ölkələri ilə də rəqabət apara bilmir. Əmək haqqları, sosial müavinat və pensiyalar az, kommunal xərclər, qaz, işıq, su, müalicə xərcləri isə Avropa standartlarında. İndi yaşa, ay kasıb! Vətəndaşlarımızın ümidi ancaq Allaha qalıb. Bizim bəzi deputatlarımız isə ümumiyyətlə pensiyaların ləğvindən danışırlar. Ay bərəkəllah, «millət vəkili»! Bu millətin şörəyi sizə haram olsun, olacaq, inşəallah!  
 
Yusif
0.043404102325439