Ərdoğan Putinə hərbi sənaye kompleksinin müzakirəsini təklif etdi

Ərdoğan Putinə hərbi sənaye kompleksinin müzakirəsini təklif etdi
 

Paralel.az iNTERFAX.RU-ya istinadən xəbər verir ki, Soçi danışıqlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini hərbi sənaye kompleksindəki əməkdaşlığı müzakirə etməyə dəvət edib: "Qeyd edilməli olan başqa bir məsələ, hərbi müdafiə sənayesində birgə addımlarımızdır. Düşünürəm ki, bu barədə danışmağın faydası olacaq".

"BMT Baş Assambleyası zamanı bəzi suallar verən məşhur adamlar var. Onlara lazımi cavabları verdik",- deyə Ərdoğan btldtrdi.

O, davam edərək dedi: "Artıq atdığımız, tamamladığımız addımlar var və bu baxımdan geriyə dönüş yoxdur". Lakin Türkiyə prezidenti nə demək istədiyini açıqlamayıb.

Xatırladaq ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 ədəd S-400 "Triumf" hava hücumundan müdafiə sistemi alıb.

Rusiyanın Türkiyəyə başqa silahlar, xüsusən də dördüncü nəsil Su-35 qırıcıları almağı təklif etdiyi rəsmi olaraq bildirildi.

Ərdoğan bu yaxınlarda CBS-ə verdiyi müsahibədə Ankaranın Moskvadan daha bir S-400 partiyası almaq niyyətində olduğunu söylədi.

Akif Nəsirli

0.01355504989624