ABŞ nefti ucuzlaşdırmağa çalışır

ABŞ nefti ucuzlaşdırmağa çalışır
 

Azərbaycan hər barel neftədən 45 dollar əlavə mənfəət əldə edir

Paralel.az xəbər verir ki, Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,59 ABŞ dolları, yaxud 0,73 % ucuzlaşıb.

Belə ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 80,18 ABŞ dolları təşkil edib.

Lakin bu azalma Azərbaycan nefti üçün o qədər də əhəmiyyət kəsb etmir, çünki, dövlət büdcəsində bu il üçün neftin qiyməti 35 dollar nəzərdə tutulub. Bu hesabla, hər barel neftə göoə hazırda Azərbaycan hökuməti 45 dollar əlavə gəlir əldə edir. Bu da hökumətin manefr imkanlarını genişləndirir. Amma hazırda dünyanın əsas neft ixracatçılarından biri olan ABŞ dünya bazarında neftin qiymətinin bu səviyyədə qalmasını və ya bahalaşmasını arzulamır. Bu ABŞ dövlət siyasətinin bir hissəsinə çevrilib.

Belə ki, dünən Ağ Evin mətbuat katibi Cen Psaki mediaya açıqlamasında bildirib ki, ABŞ neft bazarını sabitləşdirmək üçün OPEC ilə əlaqə saxlayır və qiymətləri aşağı salmaq məqsədilə bütün mümkün variantları araşdırır. .

Xanım Psaki əlavə edib ki, OPEC də daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlarla rəqib bazarlar barədə müzakirələr aparmaqda davam edirik: "Sizi əmin etmək istərdim ki, biz yalnız OPEC ilə qarşılıqlı əlaqədə deyilik. Neft və benzinin qiymətini azaltmaq üçün əlimizdə olan bütün vasitələri nəzərdən keçiririk",

Qeyd edək ki, ABŞ OPEK vasitəsi ilə neftin qiymətlərinin dünya bazarında idarə edilməsi praktikasına malikdir. Bu təşkilatın hasilata məhdudiyyət tətbiq etməklə neftin qiymətlərinin artırılması prosesi ötən il təcrübədən üzüağ çıxdı. İndi ABŞ əks prosesin aparılması (neft hasilatının artırılması) ilə qiymətləri ucuzlaşdırmağı OPEK-lə razılaşdıra bilər.

Bununla yanaşı, ABŞ öz müttəfiqləri ilə birlikdə, birtərəfli qaydada hasilatı artıra və ya İran üzərindən sanksiyaları götürə bilər. Bu yolla da ABŞ-ın dünya bazarında neft qiymətlərini ucuzlaşdırmaq imkanı var. Qarşıdakı həftə ərzində ABŞ əlində olan hansı imkanlardan istifadə edəcəyi bəlli olacaq. Amma çox təəssüf ki, ABŞ-ın hansı alətdən istifadə etməsindən asılı olmayaraq, neftin dünya bazarında ucuzlaşması Azərbaycanın zərərinə işləyəcək.

Akif Nəsirli

0.057389974594116