POS terminalların sayı azalır, problemsə əksinə...

POS terminalların sayı azalır, problemsə əksinə...
 

Paytaxt Bakıda xeyli bankomat var ki, işlək vəziyyətdə deyil. Lakin onların yenisiylə əvəz edilməsi, yaxud işlək vəziyyətə salınması nədənsə, yaddan çıxır. Qeyd edək ki, ölkə üzrə keçən il mövcud olan POS terminalın sayı 60 minə yaxın təşkil edib. Lakin hazırda həmin rəqəmdən üç minə yaxın azalma var. Bakıda hazırda 40 minə yaxın, bölgələrdə isə 20 minə yaxın POS terminal quraşdırılıb. Amma bu da sözügedən sahədəki problemləri azaltmır. Paytaxtın əksər yerlərində quraşdırılan bankomatlar işləmir. Onların bəzisinə müşahidə zamanı rəqəm lövhələrinin əzilməsi, pozulması, sıradan çıxması faktı üzə çıxıb. Bəzi bankomatlarda isə maaş və təqaüdlərin ənənəvi formada deyil, müxtəlif funksiyalarla çıxarılması diqqətimizi cəlb edib.

Bankomatların xarablığından əziyyət çəkənlər aparatların mütəmadi yoxlanmasının zəruriliyini qeyd ediblər.

Nigar

0.029026985168457