Gəlin, kitab oxuyaq...

Gəlin, kitab oxuyaq...
 

Bəşər mədəniyyətində gələcəyi olan hər bir millətin kitabı kitabxanası olmalıdır. Bunlarsız mədəniyyətdə dərin tənəzzül ola bilər deyib, müdriklərimiz. Belə olduğu halda kitabın bugünü haqqında narahat olmaya bilmirik. Kitab çapı nəşriyyatların fəaliyyəti həmişə aktual olub. Bu sahədə çalışanları dinləmək kifayətdir ki, üzləşdikləri çətinliklərin qədər çox ciddi olduğunu anlayasan. Təbii ki, nəşriyyatın işini çətinləşdirən, inkişafına mane olan səbəb maddi problemlər bu maddi problemləri yaradan çoxsaylı məqamlardır. Təəssüf ki, maddiyatın azlığı nəşriyyatları yazarlardan, kitabın qəbul olunmasından başlamış onun ərsəyə gələrək satışa çıxarılmasınadək bütün proses boyu izləyir. Elə ona görə nəşriyyatların üzləşdikləri çətinlikləri aradan qaldırmaq da məsələyə kompleks yanaşma tələb edir. Bu gün Azərbaycan oxucusu kitab əldə etməkdə çətinlik çəkir. Ölkənin böyük şəhərlərində kitab mağazalarının sayı azdır. Şəhər kitabxanalarına yeni nəşrlər getmir. Üstəlik pandemiya səbəbindən kitab sərgilərinin keçirilməməsi yeni nəşrlərin tanıdılmasına mane olur . Tirajın azlığı da bu sahənin istənilən səviyyədə inkişafına əngəl yaradır. Halbuki, kitab sahəsi gəlirli sahə sayılmasa da belə, inkişafa nail olmaq mümkünsüz deyil. Marketinq reklam işinin düzgün qurulması ilə kitaba olan marağı artırmaq, oxucu kütləsinin fikrini bu sahəyə yönəltmək mümkündür. Naşirlərin dediyinə görə kağız üzərindən ƏDV-nin götürülməsi bu biznes sektoruna marağı artıra, rəqabət mühiti yarada bilər. Bəziləri isə bu məsələyə tələb-təklif kontekstindən yanaşır. Onların fikrincə bu sahənin ləng inkişaf etməsinə səbəb əhalidə kitab oxumağa marağın az olmasıdır. Çətinliklər haradan qaynaqlanır? Pandemiya nəşriyyatların işinə necə təsir göstərir? Dövlət nəşriyyatların işinə necə dəstək ola bilər? Nəşriyyatların üz-üzə qaldığı çətinlikləri aradan qaldırmaq üçün etmək lazımdır? Kitab sənayesi hansı mərhələni yaşayır? Çap sektoru hansı çətinliklərlə üz-üzədir? Nəşriyyatlar öz fəaliyyətlərinə hansı şərtlərlə davam edir?

Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi nəşriyyatlarla şöbəsinin aparıcı məsləhətçisi Xəyal Məmmədov bu məsələylə bağlı qəzetimizə danışarkən bildirdi ki, hazırda Mədəniyyət Nazirliyi mədəniyyətin bütün sferaları üzrə xüsusi islahatlar paketi hazırlayıb. Bunlardan biri kitabxana nəşriyyat işi sahəsi üzrədir.

Hazırlanan layihələr birbaşa ictimaiyətlə əlaqəli keçirilir onların rəyi sorğu nəticəsində öyrənilir, nəzərə alınaraq yenidən işlənilir. Kitabxana sahəsi üzrə xüsusi islahatlar paketi hazırlanıb. Bu eyni zamanda nəşriyyat sahəsinə çox effektiv təsir göstərəcək. Çünki bizim tabeliyimizdə olan kitabxanalar bütün şəhər rayonlarda fəaliyyət göstərir. Həmin islahatlar nəticəsində nəzərdə tutmuşuq ki, bütün mərkəzi kitabxanalarda, şəhər rayonlarda satış məntəqələri yaradaq. Bununla da həm bütün oxuculara kitablar əlçatan olacaq, həm naşirlərə dəstək olacaq. Digər məsələlərə gəldikdə isə, çalışırıq ki, kağız üzərindən ƏDV-lər ləğv olunsun. Çünki bu tendensiya bütün dünyada müşahidə olunur. Məsələn, Yunanıstanda standart ƏDV 36% olduğu halda nəşr sahəsində bu 4%-dir, Almanyada 15% olduğu halda nəşr sahəsi üzrə 7%-dir. Birləşmiş Krallıqlarda ümumiyyətlə bu sahə üzrə vergi tətbiq olunmayıb. Latın Amerikası ölkələrində bu sahə vergidən azad olunub. Biz bu məsələləri qaldırmışıq bu islahatlar paketinə daxildir. Bununla bağlı qanunvericilikdə dəyişikliik ediləcəyi nəzərdə tutulur."

 Bəli, dahi Nizami Gəncəvi deyirdi ki, - "Bilik öyrənməyi ar bilən hər kəs, Dünyada mərifət qazana bilməz". İngilis filosofu Herbert Spenser isə dahi Nizaminin fikrinin məntiqi davamı kimi -"Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür" demişdi. Yəni hər iki fikirdə cəmiyyətin əxlaqının mənbəyində kitabın rolunun böyük olduğunu görürük. Bu baxımdan insanların ən önəmli mənəvi nemətlərindən sayılan kitab kitaboxuma vərdişləri ölkəmizdə vacib amil kimi qiymətləndirilir. Lakin bu gün kitab oxumaq bəzi insanların maraqlı məşğuliyyəti olsa da, kitaba münasibət tamamilə dəyişib. O mənada ki, ölkədə kitab oxuyanların sayı sovet dövrü ilə müqayisədə xeyli azalıb. Nəşr olunan, idxal edilən kitabların sayına görə ölkəmiz bəzi MDB dövlətlərindən geri qalır.

Şahnaz Salehqızı

0.01940393447876