Körpələrin düzgün qidalanmasının əhəmiyyəti

Körpələrin düzgün qidalanmasının əhəmiyyəti
 

Qidalanma həyatın hər mərhələsində çox vacib məsələdir. Doğulandan iki yaşına qədər olan dövr uşaqların ən sürətli böyümə mərhələsidir. Həmin dövrdə sağlam düzgün qidalanma böyük əhəmiyyət kəsb edir. Uşaqların sağlam şəkildə dünyaya gəlməsi, böyüməsi üçün anaların hamilə laktasiya dövründə düzgün qidalanması bu mövzu çərçivəsində maarifləndirilməsi vacibdir.

Qida Təhlükəsizliyi İnstitutundan mütəxəssislərinin körpələrin düzgün qidalanması haqqında hazırladıqları məqalədə bu barədə məlumat verilir.

Yeni doğulmuş körpə üçün ən uyğun qida ana südüdür. Ana südü altı ay ərzində körpələrin bütün ehtiyacını ödəyən fizioloji, körpəyə uyğun spesifik qidadir. Əsrlər boyu insanlar arasında ana südü körpələrin qidalanmasında əvəzedilməz qida olaraq yer alıb. Ana südü təkcə körpələrin deyil, ananın da sağlamlığına təsir edir. Doğuşdan sonra gələn ilk süd-maye həcminə, görünüşünə, tərkibinə görə fərqlənən kolostrumdur (maloziva). Doğumdan sonra ilk günlərdə ifraz olunan kolostrum sekretor İg A (immunoqlobulin A), laktoferrin kimi immunoloji komponentlərlə epidermal böyümə kimi inkişaf faktorları ilə zəngindir. Ana südü yeni doğulmuş uşağa lazım olan bir çox vitamin minerallar ehtiva edir. Ana südündə bir çox mikroelementlərin, A, B1, B2, B6, B12, D kimi vitaminlərin miqdarı ananın qidalanması orqanizmində depolanmasından asılı olaraq dəyişir. Ana südünün tərkibində K vitamini az olduğundan Amerika Pediatriya Akademiyası onun inyeksiyasını tövsiyə edir. Həmçinin kifayət qədər günəş şüası qəbul etməyən anaların südündə D vitamini çatışmazlığı da yarana bilir.

Ana südündə olan immunoloji faktorlar körpəni infeksiyalardan, bir çox xəstəliklərdən (sətəlcəm, otit, ishal, mədə-bağırsaq traktının infeksiyaları, meningit, qızılca s.) qoruyur. Ana südü körpələrin immun sistemini gücləndirir sonrakı dövrlərdə allergik reaksiyaların, diabet piylənmənin əmələ gəlmə riskini azaldır. Körpələrin həzm sistemi üçünmükəmməl qidaadlandırılan ana südünün komponentlərilaktoza, zülal (zərdab, kozein) yağlar yeni doğulmuş uşaq orqanizmi tərəfindən asanlıqla mənimsənilir. Həmçinin araşdırmalar sübut edir ki, ana südü idrak proseslərinin inkişafına kömək edir. Ana südü ilə qidalanan uşaqların IQ səviyyəsi, zəka testlərində göstərdikləri nəticələr digərlərinə nisbətən daha yüksəkdir. Ana südü ilə qidalanan uşaqlar fiziki inkişafı, təmkinli, xeyirxah olması ilə seçilirlər.

Təxminən 6 aylıq bir dövrdən sonra körpənin enerji qida maddələrinə olan tələbatını ödəmək üçün əlavə qidalara ehtiyac duyulur. Böyüyən hərəkətliliyi artan körpənin əlavə qidalanmasına vaxtında başlanmalı, tərtib edilən qida rasionu uyğun daha sağlam olmalıdır. Əlavə qidalara gec başlanması körpənin böyümə inkişafının ləngiməsinə, vitamin mineral çatışmazlığına, eləcə çeynəmə aparatının formalaşmasında problemlərə səbəb ola bilər. Sağlamlıqla bağlı bir çox problemlərin səbəbi məhz körpə yaşlarından səmərəsiz qidalanma ilə şərtləndirilir.

Əlavə qidalara keçid zamanı zülal tələbini ödəmək çox vacibdir. 6-12 ayda zülal ehtiyacı yeni doğulmuş körpələrə nisbətən daha yüksəkdir. Körpələrdə əsas enerji mənbəyi yağlardır. Ana südündəki yağ miqdarı enerjinin 40-55 faizini təşkil etdiyi halda, əlavə qidaların əksər hissəsi karbohidratlardan ibarət olduğu üçün enerji səviyyəsi bir qədər azalır. Körpə uşaqlar üçün hazırlanan əlavə qidaların çoxunu taxıllar təşkil edir. İnkişaf etmiş ölkələrdə taxıllar, nişasta ehtiva edən köklər, kök yumruları, tərəvəzlər əlavə qida kimi geniş istifadə olunur. Nişasta karbohidrat körpələrin qidalanması üçün əvəzolunmazdır. Körpələrin qidalanmasında istər bitki mənşəli, yəni taxıllar, kök bitkiləri, meyvə-tərəvəz paxlalılara, istərsə heyvan mənşəli qidalara - ət, qaraciyər, balıq, dəniz məhsulları, yumurta, süd süd məhsullarına üstünlük verilməlidir. Rasiona mütləq gündəlik olaraq isti duru yeməklər əlavə edilməlidir.

Təzə inək südü inkişaf etməkdə olan böyüyən uşaqlar üçün zəngin qida maddəsidir. Lakin bəzi ölkələrdə inək südünün 9 aydan tez istehlak edilməsi məsləhət görülmür. İnək südü dəmir çatışmazlığı anemiyasına səbəb olur. ABŞ İngiltərədə 1 yaşdan, Kanada Danimarkada 9 aydan, İsveçdə isə 10-cu aydan sonra körpələrə inək südünün istehlakı tövsiyə edilir. Pendir, kefir qatıq fermentasiya olunmuş süd məhsullarıdır. Körpələrin qidalanmasında pasterilizasiya olunmuş süddən hazırlanmış duzsuz pendirdən 9-cu aydan etibarən az-az istifadə edilə bilər.

Ət yüksək miqdarda zülallarla, dəmir, sink mineralları, B6, B12 vitaminləri ilə zəngindir körpələrin qidalanmasında əvəzsiz rolu olan bioloji qidadır. Ətin tərkibində palmitik stearin turşusu kimi doymuş yağ turşuları mövcuddur. Toyuq əti isə daha çox zülal, riboflavin, niasin, B6 B12 vitaminləri ilə zəngindir. Ətin lifli quruluşu körpələr tərəfindən daha çətin mənimsənildiyindən tərəvəz pürelərinin içərisinə döyülmüş ya kiçik parçalar şəklində əlavə oluna bilər.

Qaraciyər zəngin zülal mikroelement mənbəyidir. 1 yaşdan sonra körpələrin qidalanmasında qaraciyərdən istifadə tövsiyə edilir.

Balıq balıq məhsulları da olduqca faydalı qida maddələrinin mənbəyidir mütləq uşaqların qida rasionunda olmalıdır.

Yumurta zülallar, aminturşularla zəngin qidadır. Yumurta sarısı dəmir, A vitamini, B qrup vitaminləri ilə zəngindir. Salmonella riski olduğundan yumurta yaxşı bişirilməlidir. Allergiyaya səbəb olduğuna görə körpələrə altıncı aydan tez verilməsi tövsiyə edilmir.

Taxıllar - buğda, arpa, düyü, qarğıdalı, yulaf, çovdar əlavə qidalanmada ən çox istifadə olunan məhsullardır. Həmin məhsullar yüksək miqdarda (65-70 faiz) karbohidrat ehtiva edir. Mütəxəssislər həmin qidaları yüksək enerji mənbəyi olaraq dəyərləndirirlər. Əsas taxıl zülalları prolamin, qlütelin, qlobulin albümindir. Prolamin ən az düyüdə, ən çox qarğıdalıda olur.

Meyvə tərəvəzlər vitamin, mineral, antioksidant lif baxımından zəngin qidalardır. Vitamin itkisinin qarşısını almaq üçün tərəvəzləri yeyildiyi ya bişirilən zaman doğramaq, az suda qısa zaman ərzində bişirmək, eləcə dərhal istehlak etmək lazımdır. Meyvə-tərəvəzin mövsümə uyğun olaraq istehlakı şərtdir, təzə sıxılmış şirəsinin isə körpələrə əsasən yeməkdən sonra verilməsi məsləhət görülür.

Əlavə qidalardan hesab olunan sıyıqları dadlandırmaq üçün bəkməz baldan da istifadə edilir. Bəkməz karbohidrat (fruktoza, qlükoza), dəmir, kalium kalsiumla zəngindir. Lakin bir yaşdan kiçik uşaqlara balın verilməsi tövsiyə olunmur.

Elə qida məhsulları var ki, onları rasionda məhdudlaşdırmaq lazımdır. Duzlu qidalar şəkərin həddindən artıq qəbulu gələcəkdə bir çox xəstəliklərin yaranması ilə nəticələnir. Həmçinin qida rejiminin pozulması da körpələrdə piylənmənin yaranmasına gətirib çıxarır.

0.012938022613525