Gənc, innovativ biznes növü - Start- Up
İngilis dilindən tərcümədə "başlamaq", "işə salmaq" mənalarını verən bu ifadə, ilk dəfə 1939 cu ildə texnologiyanın əsas mərkəzi hesab olunan ABŞ-ın Koliforniya ştatındakı San–Fransisko şəhərinin yaxınlığında, Santa-Klare vadisində yaranıb. Bu ərazi hazırda dünyanın yüksək texnologiyalar mərkəzi hesab olunan Silikon Vadisi adlanır.
İnnovativ biznes növü olan "Start-Up"la on və ya yüz dəfə çox qazanc əldə etmək olar. "Start -Up"lar əvvəllər heç bir sahədə istifadə olunmayan innovativ proyektlərdə çıxış edirdilər.
Mütəxəssislərin dediyinə görə, maraqlı və praktik ideyası olan, yaradıcılıq prosesində qarşıya çıxan çətinlikləri çözmək və heç nəyə baxmadan irəliyə doğru addımlamağı bacaran insanlar üçün bu biznes növü əla variantdır.
Daha ətraflı ekspert Nərminə Qasımovanın şərhində:
“Müasir çağırışlara uyğun olaraq "Start -Up"ların formalaşdırılması və dəstəklənməsi Azərbaycanda da prioritet istiqamətlərdən hesab olunur. Ümumiyyətlə "Start -Up"lar yeni biznes yanaşması olmaqla birlikdə fərqli sahibkarlıq fəlsəfəsi əsasında fəaliyyətlərin həyata keçirilməsini də tələb edir. Qeyd edək ki, "Start -Up"lar öz innovativ yanaşmasına görə iqtisadi inkişafda önəmli yer tutur.
Azərbaycandakı "Start - Up"larların mövcud vəziyyətinə gəldikdə isə, burda diqqət yetirməli bir neçə məqam var. Əvvala, Azərbaycandakı "Start -Up"larla bağlı qanunvericilikdə xüsusi tənzimləmələrin sayı çox azdır. Bu sahəyə göstərilən ilk dəstək tədbirləri kimi dövlət tərəfindən verilən kreditləri, subsidiyaları, qrantları və güzəştli maliyyə mexanizmlərini göstərə bilərik. Digər kreditlərdən fərqli olaraq bu cür kreditlər start-uplara uzun müddətə və aşağı faizlə verilir”.
Ekspertin fikirlərinə görə, dünyada geniş tətbiq olunan daha bir dəstək tədbiri "Start -Up"lara tətbiq olunan vergi güzəştləridir. O, mövcud vəziyyətdə həmin güzəştlərin sayının və əhatə dairəsinin geniş formada olmağını təklif edir.
Bəli, gündən -günə inkişafda olan respublikamızda gənclərin bu biznes sahəsinə marağı artmaqdadır. Lakin bir məsələni də unutmaq olmaz ki, bu biznes növü üçün ilkin kapital adətən investorun özü tərəfindən maliyyələşdirilir. Belə ki, yeni yaradılan kiçik bizneslər kredit və digər mənbələr hesabına maliyyələşirsə, start -uplar isə başlıca olaraq investorun və ya sərmayə qoyan şirkətlərdən asılı olur. Çünki "Start-Up"ların sonda nə qədər uğur gətirəcəyini və ya ziyanla işləyəcəyini əvvəlcədən hesablamaq çox çətindir.
Şahnaz Salehqızı, Paralel.az