Anım günü
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev:»Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!»
Paralel.az xəbər verir ki, bu gün ölkəmizin hər yerində 27 sentyabr Anım Günü böyük coşqu ilə qeyd olunur.
Bu gün xalqımızın və müzəffər ordumuzun ermənilərin törətdikləri təxribatlara qarşı Vətən Müharibəsinə başladığı bir gün kimi yaddaşlara həkk olunub. Xalqımızın igid övladları Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Vətən torpaqlarının müdafiəsinə və düşmən işğalından azad etmək üçün səfərbər oldular və bu əmr cəmi 44 günə şərəf və ləyaqətlə yerinə yetirildi.
Bu gün saat 12-00-da Azərbaycanın hər yerində olduğu kimi, Abşeron rayonunda da Anım günü qeyd olundu. Xırdalan şəhər poliklinikasının bütün kollektivi və o anda orada olan pasientlər Anım gününü 1 dəqiqəlik sükutla yad etdilər. Masazır qəsəbəsində isə pandemiya qaydalarına uyğun şəkildə şəhidlərin ruhuna dualar oxundu, ehsan süfrələri açıldı.
Allah şəhidlərimizə cənnət, qazilərimizə sağlamlıq bəxş etsin inşəallah!
Y.Seyid