Rəsmi Ermənistan düşmənçilik siyasətini davam etdirir

Rəsmi Ermənistan düşmənçilik siyasətini davam etdirir
 

Paralel.az xəbər verir ki, qondarma qurumun Xarici İşlər Nazirliyi müharibənin ildönümü ilə əlaqədar bəyanat yayıb. Erməni mətbuatı bu dəfə də qarayaxma siyasətinə sadiq qalıb: “Azərbaycan Artsax xalqına qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan istifadə edərək, iqtisadi, mülki infrastruktura və ətraf mühitə böyük ziyan vurdu. Müharibə nəticəsində minlərlə insanın həyatını itirdik, Artsaxın çox hissəsi işğal edildi. Cinayətkar üçlü ittifaqın təcavüzü yalnız bölgədə Rusiyanın sülhməramlı missiyasının yerləşdirilməsi sayəsində dayandırıldı. Hətta hərbi əməliyyatlar dayandırılandan sonra da Azərbaycan bütün razılaşmaları, beynəlxalq hüquq normalarını və insanlıq prinsiplərini kobud şəkildə pozaraq, dövlət səviyyəsində

açıq şəkildə təcavüzkar, erməni xalqına nifrət edən və təcavüzkar bir siyasət yürütməyə davam edir. Bu günə qədər işgəncələrə və təhqirlərə məruz qalan xeyli sayda əsir və girov Azərbaycanda qeyri-insani şəraitdə saxlanılır. Mədəni soyqırım və erməni tarixi irsinin məhv edilməsi işğal altında olan Artsax ərazilərində sistemli şəkildə həyata keçirilir. Psixoloji təzyiq və hədə-qorxu yolu ilə ermənilərin Artsaxdan kütləvi köçünə nail olmaq üçün atəşkəs mütəmadi olaraq pozulur. Bu gün müstəqil, suveren dövlətçiliyimizi gücləndirmək və inkişaf etdirmək, siyasi gələcəyimizi müstəqil olaraq müəyyən etmək əzmindəyik. Artsaxın xarici siyasətinin prioritetləri onun müstəqilliyinin beynəlxalq səviyyədə tanınması, geosiyasi subyektivliyinin qorunması, Artsax ərazilərinin işğaldan çıxarılmasıdır. Bu məqsədlərin səmərəli həyata keçirilməsinin açarı Ermənistan-Artsax-Diaspor üçlüyünü

gücləndirmək, dövlət maraqlarına əsaslanan real xarici siyasət yürütməkdir”.

Nigar

0.025039911270142