«İş dəftəri» bəlası

«İş dəftəri» bəlası
 
Dərslər başladı, valideynlərin qayğıları artdı
Paralel.az xəbər verir ki, iki ilə yaxın bir müddətdə məktəb üzünə həsrət qalan uşaqlar​ və valideynlər​ yeni dərs ilinin adi qaydada başlamasından sevinsələr də, valideynlərin həm də qayğılı günləri başladı. Koronavirus pandimeyasının yaratdığı məhdudiyyətlər bir yana, dərs ləvazimatlarının qıtlığı, qiymətlərin bahalığı valideyinlər üçün əlavə​ problemlər yaradıb.»İş dəftəri» nə mətah bir şeydir ki, valideynlər onun da​ axtarışına vaxt itirirlər. Bu, əslində yeni dərs metodikasının gətirdiyi və heç bir əhəmiyyəti olmayan bir yenilikdir. Biz özümüz heç bir şey icad edə bilmirik, kortəbi şəkildə​ kimlərdənsə, nəyisə öyrənməyə​ çalışırıq, alınmır. Bununla,​ Azərbaycanda​ sadəcə olaraq orta​ təhsil almağın özünü də, problemə çevirmiş oluruq. Buna görə isə heç kim məsuliyyət daşımır. Məsələn, uşağı məktəbə göndərmək (kimsə mənə desin ki, müstəqillik əldə etdiyimizdən sonrakı müddətdə uşağını heç bir problemsiz məktəbə qoya bilib) problem, normal məktəbli forması tapmaq, dərs vəsaitləri və ləvazimatları tapmaq problem.​ Valideyinlər bu problemlərin içində çapalasalar da, onlardan başqa bir kimsə, hər dərc ili başlayanda qarşıya çıxan​ bu problemlərin aradan qaldırılması üçün heç bir iş görmür. Əksinə, bəzi müəllimlər hətta,»iş dəftəri olmadan məktəbə gəlməyin», deyərək, şagirdləri təhdid etməkdən belə, çəkinmirlər.​ Amma, həmin müəllimə sual etsəniz ki, iş dəftəri nəyə lazımdır, doğru-dürüst cabab verə bilməz​ . Bütün bu problemlərdən təngə gələn valideyinlər də, günün birində Sabirsayağı «oxutmuram, əl çəkin» hayqıracaqlar​ bu məmləkətdə.
Bəlkə​ müasir təhsil sistemi başbilənlərinə, məhz elə bu lazımdır?​
Yusif​ Seyid
0.019926071166992