COVİD-19-un daha bir modfiqasyası aşkarlandı

COVİD-19-un daha bir modfiqasyası aşkarlandı
 

"COVİD-19-un yeni yayılan “Eta” ştammının spesifik əlaməti yüksək hərarətdir".
Paralel.az xəbər verir ki, həkim-infeksionist Nigar Əliyeva açıqlamasında belə deyib.
O, yeni variantın digər əlamətlərinin isə bütün ştammlarla eyni olduğunu bildirib:
“Dünyanın müxtəlif yerlərində müxtəlif ştamlar yaranır. Bəziləri bir müddət sonra yayılma sürətini artıraraq aktuallıq qazanır. ÜST təsdiq etdikdən və araşdırmalardan sonra yekun qərara gəlinir. Hazırda, Nigeriya ştammı yeni aşkarlanıb və araşdırılma dövrünü keçirir. Eyni zamanda “Mü” ştammı da diqqət mərkəzindədir. Lakin hansının geniş miqyas alacağını proqnozlaşdırmaq çətindir. Adətən, hər yeni yaranmış mutasiya daha zəif olmalıdı. Lakin COVID-19-da biz bunu hələ ki müşahidə edə bilmirik. Ümid edirik ki, vaksinasiya ştamların zəifləməsinə də təsir edəcək”.
Akif Nəsirli

0.015686988830566