Azərbaycan Ermənistanı Haqqa Məhkəməsinə verdi

Azərbaycan Ermənistanı Haqqa Məhkəməsinə verdi
 

Novella Cəfəroğlu: "Haaqa Məhkəməsi Azərbaycanın istədiyi təzminatı Ermənistanın boynuna qoyacaq"

Paralel.az xəbər verir ki, Beynəlxalq Məhkəmənin veb saytındakı xəbərdə bildirilir ki, Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozduğuna görə Ermənistana qarşı Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Məhkəməsində iddia qaldırıb.
İddiada bildirilib ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı -seçkilik hərəkətləri etmiş və etməkdə də davam edir: “Ermənistan həm birbaşa, həm də dolayı yollarla etnik təmizləmə siyasətini davam etdirir və nifrət nitqindən istifadə edərək hökumətinin ən yüksək səviyyəsində də irqçi təbliğat aparır, azərbaycanlılara qarşı nifrət və etnik zorakılığı qaldırır. 2020-ci ilin payızında gedən döyüşlər zamanı azərbaycanlılar yenidən Ermənistanın etnik nifrət zəminində zorakılığının hədəfinə çevrilib. Ermənistan etnik, mədəni təmizləmə və azərbaycanlılara qarşı nifrət oyatmaq siyasəti yürüdürək, Konvensiyaya xələl gətirir, azərbaycanlıların hüquq və azadlıqlarını sistematik şəkildə pozur”.
Bu məsələyə münasibətini öyrəndiyimiz hüquq müdafiəçisi Novella Cəfəroğlu dedi ki, bu Azərbaycanın haqq işidir: "İnanıram ki, Haaqa Məhkəməsi Azərbaycanın istədiyi təzminatı Ermənistanın boynuna qoyacaq. 30 il ərzində ermənilər söküb dağıtdığı, talan etdiyi yaşayış məskənlərinin, mədəniyyət mərkəzlərinin haqqını ödəməli, azərbaycanlıları ayrı-seçkiliyə məruz qoyduğununun bədəlini verməlidir. Azərbaycan əlində olan sənədləri bütün beynəlxalq konvensiyalara təqdim etməlidir. Biz bunu bacarsan Ermənilərin 30 ildə törətdikləri əməllər onların alnında bir damğa kimi ömürlük qalacaq".
Qeyd edək ki, Beynəlxalq Ədalət (Haqqa) Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanıdır (BMT Nizamnaməsinin 92-ci maddəsinə görə). Onun qərargahı Niderlandın Haaqa şəhərindəki Barış Sarayındadır.
Akif Nəsirli

0.010614156723022