«1manatlıq» taksilərə qadağa

«1manatlıq» taksilərə qadağa
 
Formallıq, yoxsa zərurət
 
Paralel.az xəbər verir ki, Operatv Qərargah «1manatlıq» taksilərin fəaliyyətini qadağan edən qərar qəbul edib. Bəziləri isə bu qərarın formal xarakter daşıdığını iddia edirlər. Məsələyə münasibət öyrənmək üçün, taksi fəaliyyəti ilə məşğul olan bir neçə sürücüylə söhbət etdim. Onlar da bu iddiaları təsdiqlədilər. 20 Yanvar metrostansiyasindan Neftçilər metrostansiyasina sərnişin daşıyan Emin Baloğlanov deyir: » Bu mümkün deyil, şəhərdə on minlərlə taksi fəaliyyət göstərir, onların hamısını yoxlayıb, cərimələmək belə, çox qəliz məsələdir. Düzdür, şənbə-bazar günləri bizim ərazidən 3-4 maşını marşrutdan çıxarıblar. Xəbərdarlıq edib, buraxıblar. Bizdən isə COVİD-19 pasportu və ara «plonka» tələb edirlər». Sürücü Amil Şirməmmədov :»Yol polisu də başa düşür ki, biz «çörəkpuluna» çıxmışıq, İmkanımız olsa oturarıq da, evimizdə. Kim bizim ailəmizi dolandıracaq? Həm də ki, insan mütləq harasa getməlidir, nə etsin? Sürücü Polad Məhərrəmov:»Məni Xırdalanda saxladılar. Maşınımda cəmi bir pasajir (sərnişin) var idi. COVİD-19 pasportunu yoxlayıb buraxdılar. Yoxlamalar artıb. Amma bunu sizdən eşidirəm ki, 1 manatlıq taksilərin fəaliyyəti qadağandır».  Sərnişinlərin arasında isə bu qərarı dəstəkləyənlər də var, etiraz edənlər də. Samir Qədimov hesab edir ki, 1 manatlıqlar da şənbə-bazar qiymətləri qaldırırlar: «İndi isə firma taksiləri qiyməti qaldıracaqlar. Əziyyəti yenə də şənbə-bazar küçəyə çıxmaq məcburiyyətində olan insanlar çəkəcək».
Bax belə!  Operatv Qərargah qərar qəbul edir, sürücülərin xəbəri yox, bu humanizmin təzahürüdür, yoxsa qərarlara sayğısızlıq?
 
Yusif Seyid
0.048773050308228