ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ AZƏRBAYCANA TƏŞƏKKÜR EDİB
Paralel.az xəbər verir ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana təşəkkür edib.
V.Nuland tvitterdəki hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşə şad olduğunu yazıb.
Dövlət katibinin müavini ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib.
Qeyd edək ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində V. Nuland və C.Bayramov arasında görüş keçirilib.
A. Nəsirli