Erməni mətbuatı: “İki vətəndaşımız Azərbaycanın nəzarətində olan ərazilərə keçəndə Paşinyan və Arutyunyan içirdi”

Erməni mətbuatı: “İki vətəndaşımız Azərbaycanın nəzarətində olan ərazilərə keçəndə Paşinyan və Arutyunyan içirdi”
 

Paralel.az xəbər verir ki, “Past” qəzeti öz mənbələrinə istinadla 19 sentyabrda Sünikdə iki Ermənistan vətəndaşının anlaşılmaz şəraitdə Azərbaycanın nəzarətində olan əraziyə keçdiyindən və talelərinin hələ də məlum olmadığından bəhs edib: “Paralel olaraq Azərbaycan hərbçiləri vətəndaşları açıq şəkildə terror edəndə Ermənistanın indiki hakimiyyəti Vorotan kəndi ərazisində məclis təşkil etdi. Velosiped yürüşü və Gegarkunik bölgəsində keçirilən mükafatlandırma mərasimi başa çatandan sonra baş nazir Nikol Paşinyan bu “ən vacib tədbir”i Tsaxkunk kəndində - elit, bahalı restoranları və istirahət sahələri ilə tanınan məkanda qeyd etdi. Əldə etdiyimiz məlumata görə, möhtəşəm ziyafətə Artsax prezidenti Araik Arutyunyan da qatılıb. Tədbir üçün kəndə gedən bütün yollar isə polis maşınları ilə bağlanılıb”.

Nigar

0.23941802978516