Miqrantların sənədləşmə prosesi və iş tapması xüsusi mobil tətbiqlə asanlaşacaq

Miqrantların sənədləşmə prosesi və iş tapması xüsusi mobil tətbiqlə asanlaşacaq
 

Paralel.az xəbər verir ki, artıq Rusiyadakı miqrantlar xüsusi mobil tətbiqdən istifadə edərək sənədlər tərtib edə və iş axtara biləcəklər. Baş nazirin müavini Aleksey Overçuk deyib ki, əmək miqrantlarının lazımi sənədləri tərtib edəcəyi və Rusiyada iş axtara biləcəyi xüsusi bir mobil tətbiqin 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Qeyd edilib ki, may ayında prezident Vladimir Putin ölkəyə işləməyə gələn əcnəbilər üçün şərtlərin yaxşılaşdırıldığını, yaxın gələcəkdə onlar üçün xüsusi bir mobil tətbiqin istifadəyə veriləcəyini bildirmişdi. Overçuk deyib ki, tətbiqdən istifadə edən miqrantlar Rusiyaya girişdə hər hansı bir məhdudiyyət olub-olmadığını öyrənəcəklər və belə bir məhdudiyyət yoxdursa, bir sıra xidmətlərdən istifadə edə biləcəklər. Xəbərə görə, Moskvanın vitse-meri Vladimir Yefimov bir müddət öncə ölkədə əmək miqrantlarının çatışmazlığını deyib. O, yaxın gələcəkdə ölkəyə giriş məhdudiyyətlərinin yumşaldılacağını söyləyib.

Nigar

0.036629915237427