Amilil ilə Səccadpurun Azərbaycana yönəlik fikirlər təzad yaradır

Amilil ilə Səccadpurun Azərbaycana yönəlik fikirlər təzad yaradır
 

Zərdüşt Əlizadə: "İranda xarici siyasətlə bağlı rəsmən üç nəfər danışa bilər - ali dini lider, prezident və xarici işlər naziri"

Artıq Azərbaycanda yeni reallıq mövcuddur. 30 ildən çox işğal altında olan torpaqlarını azad etməsi münasibətilə Azərbaycanı təbrik edirəm. Bu sadəcə milli məsələ deyil, eyni zamanda, regional əhəmiyyət kəsb edir. Biz istər emosional, istərsə də siyasi zəmində buna mühüm əhəmiyyət veririk.

Paralel.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər" mövzusunda keçirilən konfransda bildirib.

Bir neçə gün əvvəl isə Ərdəbil imam cüməsi Həsən Amili cümə xütbəsində Azərbaycanı təhdid etmiş, İran dövlətini güc nümayiş etdirməyə çağırmışdı. Təsadüfənmi, yoxsa, planlı şəkildəmi, Amilinin çağrışlarından dərhal sonra İran Azərbaycan sərhədləri boyunca genişmiqyaslı təlimlərə başladı. Maraqlıdır, İranın iki səlahiyyətli şəxsinin Azərbaycana yönəlik təzadlı fikirləri nədən xəbər verir?

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə bildirdi ki, İranda xarici siyasətlə bağlı rəsmən üç nəfər danışa bilər - ali dini lider, prezident və xarici işlər naziri. Amili bu üç nəfərdən biri deyilsə, onun dediklərini ciddiyə almağa dəyməz. Bizdə də İrana qarşı kifayət qədər boğazdan yuxarı danışan adamlar var, İran hökuməti də onlara əhəmiyyət vermir.

Digər trəfdən, biz reallıqları duymalıyıq. İranın düşmənləri Amerika və İsraildi, onlar İrana nəsə edə bilirmi, əlbəttə yox. Hər halda bir dövlət kimi bizim imknlarımız İranın rəqiblərindən daha məhduddur.

Nəticə olaraq demək istəyirəm ki, İranın Azərbaycana yönəlik siyasətini Məhəmməd Kazım Səccadpurun ifadə etdiyi mövqe özündə daha doğru ehtiva edir".

Akif Nəsirli

0.011719942092896