Baş akademikin qurbanlarıyıq

Baş akademikin qurbanlarıyıq
 

İdris Abbasov yazır:

Milli Elmlər Akademiyasının namuslu alimləri və onların maddi ehtiyac içində qıvrılan övladları Ramiz Mehdiyevə qurban deyilib. Yüzlərlə azərbaycanlı ailələri çörəksizlikdən tələf olur, olsun da. Təki Ramiz müəllimin və onun vecsiz akademik yandaşlarının canlarıı sağ, milyonları bol, ömürləri uzun olsun ki, məmləkətin axırına çıxa bilsinlər!
Ölkəmizin "paninkişafı"nda çox vacib persona olduğu üçün baş akademikin lüksünə və sağlamlığına milyonlar xərclənməli, biz və bizim övladlarımız isə minimum ehtiyacları ödəməkdən məhrum olub gəbərməli, yaxud yarımcan olmalıdırlar.
Bu arada çaqqallığa və namussuzluğa razı olan bir sıra alim adlı vicdansız yaramazlar onun ideoloji və maddi xıltı ilə qidalanıb dövlət üçün zərərli ünsürlərə çevrilirlər.
PS. 400 il yaşı olan italyanca əlyazmanı ("Azərbaycan dilinin orijinal qrammatikası"nı) ərəsəyə gətirəndə gözü kəlləsinə çıxmış akademik-deputat nə desə yaxşıdır? "İtaliya səfirliyinə get, bu işə yaxşı pul verəcəklər. Ömürlük çörəyini qazandın!". Tfu, belə akademikin sifətinə! Nə olsun ki, italyanca yazılıb, ay "milli" akademi! Axı bu, bizim milli sərvətimizdir - Ana dilimizin abidəsidir! Niyə italyan ona qonorar verməlidir? Ananın haqqını italyanın verməsinə necə razı olursan?
Halbuki dövlətin pullarını suya axıdırsınız! Sizin kimi alim-akademiki olan Vətən nə gündə olmalıdır? Heç ölüb yerə girirsiniz?
Canınız çıxar ki, müəllifin halal haqqını verəsiniz, yaxud qanun, ədalət naminə bir söz deyəsiniz? Bəs deyirdiniz Heydər Əliyev ideallarına sadiqsizniz, azərbaycançı, vətənpərvər, dövlətçsiniz? Yalançının atabaatasına lənət! Belə riyakarlıq bağışlanmaz!
Hərənizin altında milyonlarla vəsait, mal-mülk var. Heç kəsə sirr deyil ki, saxta mədhiyyələri də o milyonlarınızı qorumaq üçün oxuyursunuz. Amma deyirsiniz ki, get italyan sənə qonorar versin (yaxşı ki, hələ erməni demirsiniz). Eyni şeyi Kazımbəydə də dediniz ki, get Rusiya səfirliyinə, yaxşı qonorar versinlər bu işə! (Millət necə tarac olur-olsun, nə işim var? Düşmənlərə möhtac olur-olsun, nə işim var?). Sizə alim-akademik deyənin... Ölməyiniz qalmağınızdan min dəfə kəramətlidir. Vətənin çörəyi, dövlətdən müxtəlif yollarla əldə etdiyiniz mal-mülk burnunuzdan gəlsin, haramınız olsun, tezliklə ziyanını görəsiniz! Özünüzün və pisliklərinizə şərik etdiyiniz əhli-əyalınızın burnundan piltim-piltim gəlsin! Yeyin, gözünüzə soxun, görək, dünyanı tutub qalacaqsınızmı? Acgöz xislətsizlər!

Paralel.az

0.024169206619263