Bitkilərdəki maddələr kanserogen nitritləri əvəz edəcək
Paralel.az xəbər verir ki, beynəlxalq layihədə çalışan elm adamları rozmarin, yaşıl çay və yapon reynutriyası kimi bitkilərin qırmızı ət məhsullarına qoruyucu olaraq əlavə edilən kanserogen nitritləri əvəz edə biləcəyini söyləyib. Onlar qida əlavəsi nitritinin meyvə və tərəvəzdən əldə edilən təbii birləşmələrlə əvəz olunduğu ət məhsulları əldə etmək istəyirlər. Fitokimyasallar adlandırılan bu bioaktiv birləşmələr bağırsaq sağlamlığını yaxşılaşdırmağa və kolorektal xərçəng riskini azaltmağa kömək edir. Bu araşdırma çərçivəsində elm adamları kolbasa və vetçina, qaynadılmış və qurudulmuş qırmızı ətə müxtəlif bitkilərin və onların qarışıqlarının təbii ekstraktlarını əlavə ediblər. Onlar ən təsirli nitrit əvəzedicilərinin rozmarin və yaşıl çayın tərkibindəki maddələr, eləcə də Uzaq Şərqdən qaynaqlanan və bütün dünyada geniş yayılmış, sürətlə böyüyən reynutriya olduğunu tapıblar. Tədqiqatçılara görə, işlənmiş qırmızı ətdə təbii əlavələrin istifadəsi bədəndə xərçənglə əlaqəli birləşmələrin meydana gəlməsini azaldır.
Nigar