Zərərvericilər tut ağaclarını məhv, insanları isə əsəbi ediblər

Zərərvericilər tut ağaclarını məhv, insanları isə əsəbi ediblər
 

Yasamal rayonu ərazisində yaşayan sakinlər neçə vaxtdır narahatlıq içindədirlər. Onların narahatlığının səbəbi də ərazidə yerləşən tut ağaclarının həşəratların hücumuna məruz qalmasıdır: “Ərazidə olan bütün tut ağaclarını qurd tələf edir. Bu problem uzun müddətdir ki, yaşanır, amma əlac edən yoxdur. Uşaqlarımız qorxudan heç bir ağacın yanından keçə bilmirlər, çünki ağacların üstü qurdla doludur. Bu iyrənc həşəratlar hamımızın başına düşür. Öz tərəfimizdən ağacların gövdəsini, altını, ətrafı yumuşuq, amma heç bir nəticəsi yoxdur. Bu zərərvericilər artıq binamıza da dırmaşırlar. Daha bilmirik nə edək, bu problemi görəsən, həll edən olacaqmı?!”.

Nigar

0.032313108444214