Ölkədə qadın sığınacaqları nə qədər əlçatandır?
Vəfa Nağı: "Qadınlar ailəsində şiddət görür, ata evindən isə deyirlər ki, ər evindən yalnız meyitin çıxa bilər"
Mehriban Zeynalova: "Hazırda qadın sığınacaqları şiddətə məruz qalan qadınların sayına nisbətdə azdır"
Bu il avqustun 14-də Biləsuvar rayonunda intihara cəhd edərək özünü və bir yaşlı körpəsini su kanalına atan Gülər İmanzadəyə bu günlərdə höküm oxunub. Ona qəsdən adamöldürmə maddəsi ilə cəza verilib. İstentaq zamanı ana bu addımı ailədə onu intihar həddinə çatdırdığına görə atdığını desə də, onu qəsdən adamöldürm maddəsi ilə cəzalandırıblar.
Hüquq müdafiəçilərinin bir qismi o fikirdədir ki, Gülər İmanzadənin ailəsinin mediaya açıqlamasından belə çıxır ki, qadın ailədə heç bir şiddətə məruz qalmayıb. Bununla yanaşı, qadının psixi problemləri də olmayıb. Elə isə nə üçün qadın intihara cəhd edib?
Hazırkı durumda Günay İmanzadə həbsdə olduğundan o ailəsinin onun barəsində dediklərinə qarşı heç bir arqument səsləndirə bilmir. Bu səbəbdən də cəmiyyət birtərəfli qaydada yalnız ailənin mövqei ilə məsələyə qiymət verir. Lakin açıq-aşkar görünür ki, G.İmanzadə ailədə şiddətə məruz qalaraq özünü öldürmə həddinə çatdırılıb, amma bu maddə ilə cinayət işi açılmayıb.
İctimai fəal Vəfə Nağı deyir ki, hazırda ölkənin cənub bölgəsində ailələri tərəfindən şiddətə məruz qalan, ata evinə üz tuta bilməyə kifayət qədər qadın var: "G.İmanzadənin qadın sığınacağına əli çatsaydı, o, intahara cəhd göstərməzdi, bu gün barmaqlıqlar arxasına düşməzdi, oğlunu da itirməzdi. Qadınlar ailəsində şiddət görür, ata evindən isə deyirlər ki, ər evindən yalnız meyitin çıxa bilər. Beləcə qadının intahardan başqa yolu qalmır.
Hazırda ölkədə fəaliyyət göstərən qadın sığınacaqlarının sayı çox azdır. Az olmaqla yanaşı, bu sığınacaqlar əsasən mərkəzi şəhərlərdə yerləşdiyindən, qadın sığınacaqlarına ehtiyacı olan qadınların çox vaxt bu sığınacaqlara əlləri çatmır".
Bununla bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, hazırda qadın sığınacaqları şiddətə məruz qalan qadınların sayına nisbətdə azdır: "Amma son 4 ildə bu istiqamətdə xeyli işlər görülüb, proses davam edir".
Akif Nəsirli