Qeyri-rəsmi görüşdən sonra Paşinyan "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb.
Onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub.
Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiya siyasi dairələri tərəfindən birmənalı qarşılanmayıb. Halbuki, indi söhbət bundan getmir. Məsələ səfərin “Batumi hissəsi”nin diqqətçəkən məqamlarıdır.
Gürcü mənbələrinə görə, həmin gün Paşinyan gözlənilmədən, təxminən, 3-4 saat Batumidə “yoxa çıxıb” və nə Gürcüstan tərəfi, nə də baş nazirin protokol xidmətinin işçiləri onun harada olduğunu bilməyiblər. Həmin vaxt onu kimin müşayiət etdiyi və ya ümumiyyətlə, kiminləsə gedib-getmədiyi məlum deyil.
Bu müddət ərzində Paşinyanın harada olduğu da sual altındadır.
Paralel.az