Rusiya hərbi gəmiləri Bakıda

Rusiya hərbi gəmiləri Bakıda
 

Rusiya Federasiyası Xəzər donanmasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlib.
Müdafiə Nazirliyi xəbər verir ki, səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub.
Bundan başqa mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, o cümlədən voleybol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər sentyabrın 20-dək davam edəcək.

Paralel.az

0.75112390518188