Siracəddin Hacı Üzeyir bəy haqqında yazır...
BÖYÜK DƏYƏRİMİZ ÜZEYİR BƏY HACIBƏYLİ:
- 1885-ci ildə Ağcabədidə doğuldu;
- atası Əbdülhüseyn kənd mirzəsi idi, sonra Natəvanın şəxsi katibi oldu;
- babası Natəvanla süd qardaşı idi;
- anası Şirinbəyim təhsilli ev xanımı idi, ədəbiyyatı çox sevir, Füzulini əzbər bilirdi;
- Üzeyir bəy uşaqlıqda Natəvanı tanıdı, bu ona Şuşanın mədəni mühitində iştirak imkanı verdi;
- mədrəsədə oxudu;
- Rus-Tatar məktəbinə getdi;
- Qori Müəllimlər Seminariyasında təhsil aldı;
- müəllimdir, Azərbaycan türkcəsini, riyaziyyatı, coğrafiyanı, tarixi, rus dilini öyrətmişdir;
- şagirdlər üçün Hesab kitabı yazdı;
- Moskvada, Sankt-Peterburqda oxudu;
- tərcüməçidir;
- redaktordur;
- Cümhuriyyət dönəmində “Azərbaycan” qəzetinin redaktoru oldu;
- jurnalistdir, yüzlərlə məqalə yazdı;
- direktor, prorektor, sədr, rektordur;
- alimdir, professor, akademikdir;
- bəstəkardır;
- Xalq artistidir;
- millət vəkilidir;
- ilklərə imza atdı;
- Azərbaycan professional musiqisinin banisidir;
- 23 yaşında “Leyli və Məcnun” əsəri ilə Şərqdə ilk operanın müəllifi oldu;
- yazıçıdır;
- dramaturqdur;
- “Arşın mal alan”, “O olmasın, bu olsun” komediyaları dillərdə dastan oldu, dünya dillərinə tərcümə edildi;
- “Koroğlu uvertürası” xalqın milli duyğularını dilə gətirdi;
- Azərbaycan Milli Azadlıq Hərəkatının mitinqləri bu əsərin sədaları ilə açıldı;
- Azərbaycan Xalq Cümhuriyyətinin və Sovet Azərbaycanının himnlərinin musiqisinin müəllifidir;
- Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak etdi, Rəsulzadəni çox sevdi, onun siyasi liderliyini qəbul etdi;
- Rəsulzadə də ona dəyər verdi, dedi ki, Üzeyir bəy Şərqin və Qərbin dəyərlərini birləşdirərək milli məktəb yaratmışdır;
- Azərbaycan milli musiqisinin elmi əsaslarını ortaya qoydu;
- lirik mahnıları var;
- əsərləri dünya dillərinə tərcümə olundu;
- yüzlərlə tələbə yetişdirdi;
- ehtiyacı olan tələbələrinə maddi, mənəvi dəstək oldu;
- dar və zor gündə Hüseyn Cavidin ailəsinin, oğlu Ərtoğrulun əlindən tutdu;
- zülm, terror rejimində öz şəxsiyyətini qorumağı bacardı;
- musiqini Azərbaycan xalqının milli kimliyini qorumaq vasitəsinə çevrildi;
- Azərbaycan xalqını rusçuluğun əritmə siyasətindən qorudu;
- ermənilər, içimizdəki xainlər Üzeyir bəylə bağlı yüzlərlə donos yazdılar;
- ermənilər onun əsərlərini öz adlarına çıxdılar;
- halal yaşadı;
- kimsənin haqqını yemədi;
- 63 illik şərəfli ömrü var;
- Sovet dönəmində dəfnində könüllü olaraq minlərlə insanın iştirak etdiyi iki şəxsiyyət var: Üzeyir bəy, Səməd Vurğun;
- məktəb yaratdı, Azərbaycan xalqına böyük nemətlər əmanət etdi, dünya mədəniyyətini zənginləşdirdi;
- Avropa üslubunda geyinsə də, bir türk, müsəlman kimi yaşadı;
BÖYÜK MİLLİ DƏYƏRİMİZ ÜZEYİR BƏYƏ SALAM OLSUN!
Paralel.az