"Çinə Soyuq müharibə elan edildi"
ABŞ, Böyük Britaniya və Avstraliya Hind okeanı ilə Sakit okeanı arasındakı geniş coğrafiyada təhlükəsizliyi qorumaq üçün 3-lü işbirliyi mexanizmi yaradacaqlarını bəyan ediblər.
Paralel.az xəbər verir ki, bu barədə ölkə liderləri videokonfrans vasitəsilə birgə açıqlama veriblər. Bildirilib ki, ABŞ və Böyük Britaniya sualtı qayıqlar üçün Avstraliyaya lazımi dəstəyi verəcək. ABŞ prezidenti Co Bayden bəyan edib ki, bu bölgənin sərbəst olmasına ehtiyac var. Ekspertlər iddia edir ki, bu ittifaq əslində Çinə qarşı yönəlib. ABŞ və Böyük Britaniya Çinin hərbi nüfuzunun artmasından narahatdır.
Böyük Britaniyanın Müdafiə nazir Ben Uolles bu addımın Çinə “soyuq müharibə” elan etmək anlamına gəlməsi barədə iddiaları rədd edib.
Paralel.az