“Uzaq sahillərdə" müharibənin ayaq səsləri gəlir

 

“Uzaq sahillərdə
 

Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ və Avstraliya arasında imzalanan təhlükəsizlik sazişi barədə parlamentdə açıqlama verib.

Paralel.az xəbər verir ki, ölkələrin baş hərflərinin ingiliscə qısaltmasından yaranan “Aukus” sazişi heç bir ölkəyə qarşı yönəlməyib. Hökumət başçısı sazişin Çinə qarşı olduğu barədə iddiaları rədd edib.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Avstraliya Hind okeanı ilə Sakit okeanı arasındakı geniş coğrafiyada təhlükəsizliyi qorumaq üçün 3-lü işbirliyi mexanizmi yaradacaqlarını bəyan ediblər.
Bildirilib ki, ABŞ və Böyük Britaniya sualtı qayıqlar üçün Avstraliyaya lazımi dəstəyi verəcək. ABŞ prezidenti Co Bayden bəyan edib ki, bu bölgənin sərbəst olmasına ehtiyac var.

 

Paralel.az

0.020831108093262