55 yaşlı qayınanasına aşiq olan kürəkən - WhatsApp yazışmaları üzə çıxdı
Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib.
Paralel.az xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağa qərar verib.
Bir uşaq sahibi olan cütlüyün son bir ildə yola getmədiyi məlum olub. Bildirilib ki, K.K adlı şəxs həyat yoldaşının və uşaqlarının qayğısına qalmır, öhdəliklərini yerinə yetirmir. Aldandığından şübhələnən qadın aylarla nə edəcəyini bilməyib və oğluna görə bu münasibəti davam etdirməyə çalışıb. Sonda anasından yardım istəyən N.K eşitdiklərindən dəhşətə gəlib. Həyatının şokunu yaşayan qadın ərinin anasına vurulduğunu öyrənib. Bütün bunlara inanmaq istəməyən N.K yalnız mesajları oxuduqdan sonra vəziyyətin nə yerdə olduğunu anlayıb.
55 yaşlı qayınana R.T kürəkənindən “Qızınla evliyəm, amma ağlım və ürəyim səninlədir” kimi yüzlərlə sevgi mesajı aldığını deyib.
Ərindən boşanmaq üçün məhkəməyə müraciət edən qadın maddi-mənəvi təzminat tələb edib. Mesajlar dəlil olaraq məhkəməyə təqdim edilib.