İdris Abbasov yazır...
"Elmlər doktoru Səyka Pulqapani iki gün əvvəl onu iki pullu dissertantın yanında pərt etmiş (onlar da Səykanı bisavad sayıb elmi rəhbər olmasını istəməmişlər) professor Bozdar Saxtabəylini dəhlizin qaranlıq yerində yaxalayıb əl çəkmir:
-Ədə, yalançının atasına lənət ki, sən 40 nəfər alim yetşdirmisən? Nə özünü gpstərirdin dissertantlara, ay acgöz! Ay murdar moşennik, sən kimi aldadırsan? Bakalavrların diplom işindən 12 günə bir dissertasiya montaj edib 6 minə yetim qız Tükəzə satan sən deyildin? Yazığın dayısı sovetdən qalma jiqulisini satıb sənə verdi. İç üzünü bilmirlər axı. Ədə, rəhbəri olduğun dissertasiyaları arxivdən çıxarıb gözünə soxaram. Hamısı bir-birinin təkrarıdır. Həsiyə, Hüsüyə, İsiyə, Eliyə, Gülüyə əl düzəldən sən kopoyoğlu deyildin? Onların nə savadı var? Elələrinin qələmi ilə 40 nəfər yetişdirmən var? Külü qoyum təpənə. Səbiyə 12 minə yazdığın dissertasiya xalis "filfilo" çıxdı. Yazıq qız işin ləğv olunmaması üçün Vəliyə bir ətək pul tökdü. Atası yazığı infarkt vurdu. Allah cəzanı versin, Bozdar!
Professor Bozdar Saxtabəyli:
- Bəsdir, Səyka, sus, mumla! Ay qız, sənə azmı hörmət etmişəm? İndi mən də sənin plagiatlarını, akademiklərlə əlbir olub dövlətdən mənimsədiyiniz milyonları deyim? Olmaz axı. Bir qabdan çörək yeyirik. Dövlət sənin də düşmənindir, mənim də. Bilsə, ikimizin də qanı gedəcək. Ağlını başına yığ! Qoyduğum haqq-say burnundan gələr! Ən yağlı klientlərim olan departament sədrinin, nazir və məmur balalrının - Esinin, Şirişin, Şamamanın, Şələlinin işini sənə vermədimmi? Bir ay vaxt sərf etmədin heç, hərəsindən 9 min alıb qoydun cibinə. Nə fırın qalxıb yenə? Bəsdir! Gir otağa, nə qədər istəyirsən, verim gözün doysun. Dinmə, Səyka, qurban olum, dinmə!!!
Səsə dosentlər Pulqulu Nəverimzadə, Bəsti Malveranə, fəlsəfə doktorları Dibgir Yalçınsoy, Maygülü Dollargüdanə, məşhur pulyuyan, aparıcı elmi işçi Çapan Çaqqallı və digərləri tökülüşdülər. Bozdar qüvvətli qolları ilə Səykanı qucağına alıb otağa basdı ki, biabırçılıq çox da yayılmasın...
Elm ocağında dəhşətli bir mənzərə idi!!!"
Paralel.az