Putin yaxın ətrafındakı bir neçə nəfərin COVID-19-a yoluxmasından sonra özünü təcrid edib

Putin yaxın ətrafındakı bir neçə nəfərin COVID-19-a yoluxmasından sonra özünü təcrid edib
 

Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı yaxın ətrafındakı bir neçə insanın və xüsusilə, bir gün öncə onunla eyni məkanda işləyən birinin COVID-19 xəstəliyinə yoluxmasından sonra özünü təcrid etdiyini bildirib.

Kreml Prezidentin "tamamilə sağlam" olduğunu deməsindən sonra Rusiyanın Sputnik-V peyvəndinin iki dozasını vurduran Putin video-konfrans zamanı özünün xəstə olmadığını deyib.

"Bu, təbii bir təcrübədir. Gəlin Sputnik-V-in təcrübədə necə işlədiyini görək. Orqanizmimdə anti-cisim olduqca yüksək səviyyədədir. Gəlin bunun real həyatda necə baş verdiyini görək. Ümid edirəm ki, hər şey olmalı olduğu kimi olacaq" - deyə, Putin bildirib.

68 yaşlı Putin hazırkı şərtlərin onun Əfqanıstanla bağlı olaraq regional təhlükəsizlik görüşləri üçün bu həftə Tacikistana planlaşdırılan səfərini ləğv etməyə məcbur etdiyini, bunun əvəzində görüşlərdə video konfransla iştirak edəcəyini deyib.

Kreml Putinin bazar ertəsi Suriya Prezidenti Bəşər Əsədlə üz-üzə danışıqları da daxil olmaqla, bir çox görüşlərini bitirdikdən sonra özünü təcrid etmək qərarına gəldiyini bildirib.

Putin həmçinin, bazar ertəsi rusiyalı paralimpiyaçılarla da görüşüb və Belarusla birgə hərbi təlimləri izləmək üçün Rusiyanın qərbinə gedib.

RİA xəbər agentliyinin bildirdiyinə görə, bazar ertəsi paralimpiyaçılarla görüşü zamanı prezident Kremldəki COVID-19 vəziyyətindən narahat olduğunu bildirib.

Paralel.az

0.035248994827271