Səkkiz ayda paytaxtda 3200-ə yaxın yol nişanı quraşdırılıb
Vüsal Kərimli: Səkkiz ayda paytaxtda 3200-ə yaxın yol nişanı quraşdırılıb
Yanvar-avqust aylarında yol hərəkəti təhlükəsizliyinin artırılması çərçivəsində paytaxtın küçə və prospektlərində 3200-ə yaxın yol nişanı quraşdırılıb.
Paralel.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Bu müddətdə yol nişanları ilə bağlı 112 vətəndaş müraciəti təmin olunub. Yol nişanı üzrə illik hədəfin 57 faizi quraşdırılıb.