Yanğın hadisələri...

Yanğın hadisələri...
 

 

Bakı şəhərinin Sabunçu rayonunda dam örtüyünün yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb;
* * *

Zərdab rayonunun Məmmədqasımlı kəndində birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb;
* * *

Masallı rayonunun Xıl kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
* * *

Şirvan şəhərində yol kənarında dayanan traktor qoşqusunun təkərləri və qoşquya yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
* * *

Gədəbəy rayonunun Moruxlu kəndində həyətyanı sahədə yığılan 36 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub;
* * *
Beyləqan rayonunun Aşağı Çəmənli kəndində ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları və yaxınlıqda yığılan 50 ton ot bağlamasının 21 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
* * *

Mingəçevir şəhərində, avtomobil təmiri sexinin ərazisində "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Opel" və "Mercedes" markalı minik avtomobillərinin arxa tərəfləri qismən əriyib. Hər iki avtomobilin qalan hissəsi və ərazidə dayanan digər avtomobillər yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
* * *

Göygöl rayonunun Çaykənd kəndində ümumi sahəsi 144 m² (hər mərtəbəsi 72 m²) olan kürsülü ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 102 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Paralel.az

0.015872955322266