Şura üzvləri bir sıra təkliflər verib
Osman Gündüz
Ötən gün AzTV nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib.
Toplantıda AzTV QSC-nin sədri Rövşən Məmmədov Azərbaycan Televiziyasında genişmiqyaslı struktur islahatları aparıldığını bildirib. Yeni mövsümdə yayımlanması nəzərdə tutulan verilişlər və gözlənilən dəyişikliklər, sosial media platformasında aparılan işlər haqqında məlumatlar verilib.
Şura üzvləri yayımlanan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, verilişlər haqqında rəylərini və iradlarını bildiriblər.
Müzakirələrin gedişində proqramların və verilişlərin məzmununun daha da zənginləşdirilməsi, efirə dəvət olunan ekspertlər bazasının daha da genişləndirilməsi, AzTV-nin texniki-texnoloji infrastrukturunun gücləndirilməsi, kontent istehsalı, emalı və efirə verilməsinin bütün mərhələsinin HD formata keçirilməsi, AzTV-nin sosial media resurslarının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində Bədii Şura üzvləri tərəfindən təkliflər verilib.
Paralel.az